Свобода людям, независимость нациям!

53!

Yaşadıq, yaşlandıq. Savaşlar, qələbələr, məğlubiyyətlər, itkilər,zindanlar, dostluqlar, düşmənliklər , xəyanətlər, ağrılar, sevinclər gördük. Ömrümün 31 ilini siyasətə, 30 ilini mətbuata - "Yeni Müsavat"a xərclədim.

Bütün sərmayələrim ömrümdən oldu. Dividentlərimi əlahəzrət Tarix ödəyəcək, hər halda...

Övladlarımı vətən, Vətəni Anam kimi sevdim. Dostluqlara və Sözə sadiq oldum! Savaşdan və Düşməndən qorxmadım. Fırtınalı, enişli -yoxuşlu bir həyat yaşadım; ya da o "Həyat" dediyim məni yaşadı, yaşayır...

Allaha inandım, bəndəni sevdim. Erməniyə güllə, rusa yumruq sıxdım...

Azadlıq Meydanında 17 gün, Vətənin türmələrində 17 ay yatdım...

Şükrançıyam!

Bir də, bitməyən "Yeni Müsavat" sevdası - missiyası var! Milli Hərəkatın böyük və bugünlərə qədər bölünmədən, dağılmadan salamat qalan tək layihəsi. Məni hər yerə aparan da Odur!

Ötən illərdən qalma fotolardan boylanan qarasaqqal bir gənc var. İnadcıl, savaşçı, qorxusuz.

23 yaşında bir qəzet qurdu, həm də bir partiya; 53 yaşında bu sətirləri yazdı. Amma çox sözləri yazmadı... Müdrikləşib, çünki gələcəyə planı və ümidləri var...

Mən o gənci içimdə gizlədim, çox da uzaqda deyil.

Siyasətin daş dövrüdü, hərənin əlində bir daşlı kəltən var; qoruyum, dedim, onun GƏLƏCƏYİ gələnə qədər mənə, ağsaqqala əmanətdi...

Dünya bir dəyirman daşıdı.

Dəyirman daşı fırlanır...

Нет комментариев

Новости автора