Zürixdə Zəfər Gününə həsr olunmuş "Foto-sərgi və piano konserti" keçiriləcək.
Musavat.com bildirir ki, tədbir Zürix Türk Musiqi Cəmiyyəti, İsveçrə Azərbaycanlıları Mədəniyyət, Dostluq və Həmrəylik Cəmiyyəti və Azərbaycan Diasporası ilə İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçiriləcək.
Tədbirdə pianist Canberk Dumanın müşayiəti ilə Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayevin piano əsərləri səsləndiriləcək.
Qeyd edək ki, tədbir, Şuşa Deklarasiyasının "Azərbaycan və Türkiyə diasporalarının birgə fəaliyyəti" müddəasına uyğun olaraq, hər iki ölkənin diaspora təşkilatları ilə müştərək keçirilir.
Konsertin bədii rəhbəri Elmir Mirzəyevdir.
Zürix vaxtı ilə 6 Noyabr saat 18.30-da başlayacaq tədbirə giriş pulsuzdur.
Ünvan: Volkshaus Zürich (Weisser Saal). Stauffacherstrasse 6, 8040 Zürich
Xalidə Gəray
Musavat.com






