ZÜLFUQARLILARIN MƏHKƏMƏSİNDƏ BİABIRÇI FAKTLAR AÇIQLANDI
Ümumiyyətlə, iş üzrə əvvəlki cavabdeh, Lerikli çoban Gəray Məmmədov da nə hazırlıq, nə də sonrakı proseslərə gəlmirdi. Onu da vəkil Ceyhun Yusifov təmsil edirdi, M.Ağayevi də məhkəmədə eyni vəkil təmsil edir.
Hakim İlqar Qaralov prosesin əvvəlində tərəflərə müraciət edərək “Səhm” Ticarət Mərkəzinin və 2 saylı Dövlət Notariat Kontorunun nümayəndələrinin iştirakı olmadan prosesin davam etdirilməsinə etirazların olub-olmamasını soruşdu. Zülfüqarlı qardaşlarının vəkili Aslan İsmayılov nümayəndələrin iştirakının vacibliyini ilk prosesdən məhkəmənin diqqətinə çatdırdığını dedi. C.Yusifov, ƏMDK nümayəndəsi Ülvi Nəsibli və Milli Depozit Mərkəzinin nümayəndəsi Səbinə Xəlilova etirazlarının olmadığını söylədilər. Hakim prosesin nümayəndələrin iştirakı olmadan davam etdirilməsi barədə qərar qəbul etdi.
Bundan sonra İ.Qaralov MDM-ə ötən prosesdə məhkəmənin göndərdiyi sorğuya cavab verildiyini bildirdi. Hakim alınan sənədləri elan etdi. Məlum oldu ki, MDM-dən məhkəməyə təqdim olunan sənədlər “Bakı Polad Tökmə” ASC-nin səhmlərinin 79, 99 faizini Gəray Məmmədovun adından Ağayev Mahirin adına keçirilməsinə əsas olan 15 dekabr 2011-ci il tarixli alqı-satqı müqaviləsi və ASC-nin özgəninkiləşdirilməsinə dair digər sənədlərdir. Hakimin elan etdiyi sənədlərə görə, ASC-nin alqı-satqısı nağd şəkildə həyata keçirilib və 3 milyon 609 min 200 manata “Bakı Polad Tökmə” zavodu satılıb.
A.İsmayılov: “Axı necə ola bilər, 2005-ci ildə Zülfüqarlı qardaşları zavodu 3 milyon 609 min 200 manata alıblar, üstündən 7 il keçəndən sonra da eyni qiymətə satılıb? Bu 7 ildə zavodda heç bir artma və ya əksilmə olmayıb? Zavoda qoyulan sərmayələr hara getdi?”
Hakim və cavabdeh tərəflər vəkilin suallarına cavab vermədilər. İ.Qaralov məhkəməyə təqdim edilən sənədlərin tərəflərə təqdim olunub-olunmaması ilə maraqlandı. A.İsmayılov ona sənədlərin verilməsini və sənədlərlə tanış olmaq üçün vaxt istədi. Hakim vəkilin xahişini nəzərə aldı. 10 dəqiqəlik fasilədən sonra A.İsmayılov sənədləri nəzərdə keçirdiyini və bəzi çatışmazlıqların olduğunu hakimin diqqətinə çatdırdı:
- Burda yazılır ki, müqaviləyə 1, 2, 3 saylı əlavələr var. MDM-in təqdim etdiyi sənədlərdə 1 və 3 saylı əlavələr var, amma 2 saylı əlavə - broker xidmətləri göstərilməsi ilə bağlı sənəd yoxdur. Səbinə xanım, niyə o sənədi işə əlavə etməmisiniz?
Bundan sonra vəkillə MDM nümayəndəsi arasında belə bir dialoq oldu:
- Broker müqaviləsini deyirsiz?
- Bəli. Bizə Mahir Ağayevin broker xidməti göstərən şirkətə nə qədər vəsait ödəməsi maraqlıdır. Bu ödənişin harada, nağd və ya köçürmə yolu ilə həyata keçirilməsi maraqlıdır.
- Mahir Ağayev özü müəyyən edir, brokerə nə qədər ödəyir.
- 2 saylı əlavə niyə sənədlərə tikilməyib?
- Dediyiniz əlavə brokerlə müştəri arasındakı münasibətləri tənzimləyən əlavədir. Yəni bu əlavənin alqı-satqıya aidiyyəti yoxdur.
- Alqı-satqı müqaviləsinin həqiqətən olduğuna inanmırıq. Hesab edirik ki, bu alqı-satqı müqaviləsi də əvvəlki müqavilə kimi formaldır, təqdim etdiyiniz sənədlər də saxtadır. Əgər formal deyilsə, siz 2 saylı əlavəni göstərin, sübut edin ki, doğrudan da brokerlərə pul ödənilib və onlara alqı-satqı zamanı bu xidmətlər göstərilib. Hörmətli məhkəmə, yadınızdadırsa ilk gündən təqdim edilən sənədlər saxtadır, heç bir real əməliyyat olmayıb. Əgər real əməliyyatdırsa, birinci, bu pulun köçürülməsini təsdiq edən sənədi versinlər ki, 3 milyon 609 min 200 manat hansı formada ödənilib. Nağd köçürməni qanun qadağan edir. Həm 2006-cı ildə olan müqavilədə, həm də indiki müqavilədə alqı-satqının nağd şəkildə həyata keçirilməsini yazırlar. Əgər alqı-satqı olubsa, Gəray Məmmədov broker müəssisəsinə xidmət göstərmək üçün pul ödəməliydi ki, onun adından əməliyyat keçirsin. Sənədi təqdim edirlər və yazırlar ki, alqı-satqı 2 saylı əlavəyə əsasən həyata keçirilib. Bə 2 saylı əlavə niyə sənədlərə əlavə olunmayıb? Mən deyirəm ki, heç bir ödəmə olmayıb! Bu sənədlər hamısı saxta və formal sənədlərdir.
Hakim:
- Deyirsiniz ki, brokerə pul ödənilməyib?
- Bəli, ödənilməyib. Ona görə ki, alqı-satqı olmayıb.
MDM nümayəndəsi:
- Brokerə pul ödənilməsinin alqı-satqıya nə dəxli var?
A.İsmayılov:
- Mən deyirəm ki, alqı-satqı olmayıb və verdiyiniz sənədlərin hamısı saxtadır.
- Alqı-satqı tərəflər tərəfindən imzalanıb axı...
- Müqavilələrin saxta olması elə işdə broker xidmətləri göstərilməsi haqda əlavəni təqdim etməməyinizlə sübut olunur. Hörmətli məhkəmə, burada zavodun direktoru olmuş şəxsi iştirak edir, qoy çıxsın çölə, bir məsələ var onu deyim.
C.Yusifov:
- İndiyədək o burada oturub, iştirak edib, hər şeyə qulaq asıb, çıxsa da, onu şahid kimi necə dindirəcəyik?
ƏMDK nümayəndəsi:
- İndiyədək o burada oturub da, mən də etiraz edirəm.
A.İsmayılov:
- Siz cığallıq edəndə də bir baxın niyə cığallıq edirsiz də.... Bu şəxs bu vaxta kimi sadəcə dinləyici idi. İndi bu sənədlər verildi və indi deyəcəyim halı bilə bilməz axı.
C.Yusifov:
- Məqsəd onun dindirilməsidir, o da burada oturub da...
ƏMDK nümayəndəsi:
- İndiyədək o burada oturub da, möhtərəm hakim etiraz edirəm.
A.İsmayılov:
- Möhtərəm hakim, yumun da bunların ağzını! Axı onlar danışanda mən bir dəfə də olsun müdaxilə etmirəm.
“Bakı Polad Tökmə” zavodunun direktoru olmuş proses iştirakçısı məhkəmə zalını tərk edəndən sonra A.İsmayılov hakimin diqqətinə çatdırdı ki, qeyd olunan zavodu onun müvəkkilləri 3 milyon 609 min 200 manata alandan sonra ora 7 milyondan artıq sərmayə yatırıblar, istehsalat avadanlıqları alınaraq zavodda quraşdırıblar. Ona görə də zavodun qiyməti 3 milyon 609 min 20 manat yox, 10 milyondan artıqdır: "Ötən dəfə də demişdim ki, alqı-satqıda göstərilən qiymət reallığı əks etdirmir. İndiki halda da eyni məbləği göstəriblər. Ağılları çatmayıb ki, baxsınlar bu müddət ərzində müəssisəyə nə qədər pul yatırılıb. Siz şahidi çağırıb dindirin, desin ki, ora nə qədər pul qoyulub. Qoy cavabdeh tərəf burada “Birlik” MMC-nin həmin zavoda nə qədər pul yatırmasını desin. Zavodlar zəbt olunandan sənədlər orda qalıb. Görəcəksiniz ki, zavodlara alınandan sonra 7 milyon manat pul qoyulub. Axı 10 milyona başa gələn zavod sonradan 3 milyona necə satıla bilər?"
ƏMDK nümayəndəsi səhmlərin satılmasının zavoda heç bir aidiyyətinin olmadığını, ora 7 milyon manat əvəzinə 27 milyon manat qoyulmasının heç nəyi dəyişmədiyini iddia etdi.
A.İsmayılov:
- Tərəflər deyirlər ki, zavoda 100 milyon qoyulsa da, səhmlərinin qiyməti dəyişmir. Hamı da bilir ki, zavodun qiyməti zavoda qoyulmuş investisiyaların dəyərinə görə dəyişir. Məgər bu bir oyuncaq məhkəmədir? Siz mahiyyətə baxmaq istəyirsizsə, bu nə dolamalardır? Satıcı Gəray Məmmədov təhdid altında yaşayıb, onun zavodlara heç bir aidiyyəti yoxdur. Gəray Məmmədovu xahiş etdik ki, çağırıb dindirin. Dindirdiz? O, Keşlənin “Şanxay”ında ağır durumda yaşayır. Başınızın üstündəki gerbə, bayrağa hörmət edin. Bu qədər oğurluğu, yalanı, talanı bir məhkəmə adı ilə ümumiləşdirmək olmaz. 7 il əvvəl alınan əmlaka 7 milyon vəsait qoyulubsa, o, ilkin alış qiymətinə necə satıla bilər?
Hakim yerindəcə müşavirə keçirib vəsatətin təmin olunmadığını elan etdi. Növbəti proses fevralın 21-i 16:00-a təyin olundu.