İnsanlara hürriyət, millətlərə istiqlal!

ZÜLFÜQARLI QARDAŞLARININ ZAVODUNA NÖVBƏTİ BASQIN (YENİLƏNİR)

2791 18.08.2012 12:46 Son xəbər A A

“Məqsədləri setaləritmə sahəsində inhisar yaratmaqdır”

Avqustun 17-dən 18-nə keçən gecə sözgedən zavoda yenidən basqın edilməsi planı vardı. Məlumatı alan kimi hadisə yerinə yollandıq. Biz orada olanda zavodun rəhbəri Rövşən Zülfüqarlı artıq müəssisənin qarşısında idilər. Təxminən 100-ə yaxın fəhlə də orada toplaşıb çağırılmamış qonaqları gözləyirdilər.
R.Zülfüqarlı mətbuata açıqlamasında bildirdi ki, gecə saat 1-2 radələrində zavoda basqın ediləcəyi ilə bağlı məlumat alıb: “Dərhal bura gəldim. Zavodun bütün fəhlələri burdadır. Düzdür, neçə gündür ki, onlar heç evə də getmirlər. Mən bir zavod rəhbəri kimi dəfələrlə onların istirahət etmələrini demişəm, ancaq razı deyillər. Deyirlər ki, yeganə iş yerimiz buradır və öz haqqımızı qorumaq üçün sona qədər mübarizə aparacağıq”.
R.Zülfüqarlı hər şeyin qanun çərçivəsində olmasının tərəfdarı olduğunu dilə gətirir: “Dünən qardaşlarımı ölümlə hədələyiblər. Deyiblər ki, mediaya danışsanız qardaşlarınızın hamısını güllələyəcəyik. Biz bununla bağlı müvafiq qurumlara müraciət etmişik. Ümid edirik ki, laızmı ölçü götürəcəklər. Həm də bizim təhlükəsizliyimiz təmin olunacaq. Bundan əvvəl isə Rasim Məmmədov mətbuata açıqlama verib demişdi ki, guya bizim ona 9 milyon manat borcumuz var. Hardan çıxdı bu pul? Borcumuz varsa məhkəməyə niyə müraciət eləmir, üstümüzə günə 20 manatlıq tutduğu muzdlu dəstə göndərir? Bizim “Baku Steel Company”lə heç bir münasibətimiz yoxdur, onlarla işləmirik ki, borcumuz da olsun”.
Zavod rəhbəri deyir ki,”Baku Steel Company”nin muzdlu qoçuları son dörd gündə beş-altı dəfə bura hücum etmək istəyiblər: “Bağlatdırdıqları 20-yə yaxın müəssisə kimi buranı da bağalamaq istəyirlər. Məqsədləri budur ki, ölkədə metaləritmə sahəsində inhisar yaratsınlar. Biz isə qanun çərçivəsində fəaliyyət göstəririk.

102-yə edilən 102 nəticəsiz zəng

Biz orada olanda basıqn etmək istəyində bulunan şəxslərin maşınları zavodun ətrafında var-gəl edirdi. Ancaq nədənsə basqın baş tutmurdu. Bu ya zavodda çoxlu sayda fəhlə olduğuna görə böyük qarşıdurmanın yaranacağından ehtiyatlanmaq idi, ya da “yuxarıdan lazımı tapşırıq gəlməmişdi.
Ola biləcək basqınla bağlı Rövşən Zülfüqarlı və zavodun başqa işçiləri dəfələrlə 102 xidmətinə zəng etsələr də, edilən müraciətlər qeydə alınsa da bir polis maşını belə hadisə yerinə gəlmədi.
Fəhlələrsə zavodun içərisində var-gəl edərək elə ayaqüstə yuxulayırdılar. Onalr evlərinə getmək fikrində deyillər: “Bura bizim iş yerimiz, bir tikə çörək qazanmaq üçün üz tutğumuz ünvandı. Harada gedək işləyək? Ən sonuncu iş fəhləlikdi. Başqa iş olmadığı üçün zavoda gəlib işləyirik. Hökumət bizdən bu işi də alırsa onda biz nə etməliyik? Oğurluq, quldurluq etməliyik? Dörd gündür yatmırıq. Bütün planlarımızı alt-üst ediblər. İş olmadığı üçün çörək də yoxdur. Bəzilər evlərinə utandığından getmir. Bir çoxumuz isə zavodu itirməmək üçün sona qədər mübarizə aparmağı düşünürük”.

Fəhlənin ürəyi getdi

Qaranlıqda bir fəhlənin yerə uzandığı diqqətimizi cəlb etdi. Öncə yorulduğu üçün küləkli havada çəmənliyə pənah apardığını zənn etdik. Ancaq yaxınlaşanda gördük ki, ürəyi gedib. Fəhlələr haraya gəlib tez bir zamanda iş yoldaşlarına kömək etdilər. Təcili Tibbi Yardım Stansiyasının (TTYS) əməkdaşlarını zavoda dəvət etdilər. TTYS  gəlincə işçilər özləri Zahid Hüseynova ilkin yardım göstərdilər. Bir saatdan sonra gəlib çıxan TTYS-in briqadası fəhləni müayinə etdi. Məlum oldu ki, Zahid Hüseynov yuxusuzluqdan və yorğunluqdan bu hala düşüb. Həkim ona evə getməyi məsləhət görsə də fəhlə “mənim evim elə buradır” deyib durdu.
Zahid Hüseynov “Azadlıq”a açıqlamasında bildirdi ki, dörd gündür yuxusuz və yorğundur: “İmkan vermirlər ki, işləyək. Bu dörd gün ərzində bir neçə dəfə bura basqın etmək istəyiblər. Sadəcə burada çox olduğumuza görə hələlik hücumlar nəticə vermir. Ailəmiz 7 nəfərdən ibarətdir. Evə çörək gətirən təkcə mənəm. 55 yaşım var, bu yaşda ürək ağrılarım var. Bir iş yerə tapmışıq onu da bizə çox görürlər”.
Z.Hüseynov həkimin nə deməsindən asılı olmayaraq zavoddan heç yerə getməyəcəyini söylədi, hətta o zavod rəhbərliyini də eşitmədi: “Mənim evim buradı, hamı kimi mən də burada qalıb haqqımı tələb edəcəm”.

***

Təxminən saat 5 radələrində “Baku Steel Company”nin dəstəsinin zavodu pusan qoluzorluları oranı tərk etdi...
Bizi izləyin...

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR