İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət eləmişəm” — Manaf Ağayev

2630 23.11.2022 12:50 Şou-biznes A A

Müğənni Manaf Ağayev aşıq Zülfiyyə İbadovanın avtomobil idarə etməsini pisləyib.

Axsam.az xəbər verir ki, bu haqda sənətçi “Günün sədası” verilişində danışıb.

O bildirib ki, Zülfiyyə maşını yüksək sürətlə sürür:

“Avtomobillə oynamaq olmaz. Rayona gedendə sürücü radarın olmadığını bilib, nəqliyyat vasitəsini yüksək sürətlə idarə edəndə deyirəm, sürəti azalt. Ümumiyyətlə, sürətlə avtomobil idarə edənləri sevmirəm. Bir dəfə Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət eləmişəm. Zülfiyyə xanım avtomobili yüksək sürətlə - 200 sürətlə sürürdü. Onda da biz toya gecikmişdik. Avtomibil “mən ölüm, sən ölüm”ə baxmır. Bir saniyə içində hər şey olur. Nəqliyyat vasitəsini bir az aşağı sürətlə sürmək lazımdır. O gedişlə bu gedişin arasında 10 dəqiqə vaxt var”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR