İnsanlara hürriyət, millətlərə istiqlal!

Zülfiyyə Xanbabayeva məhkəməyə verilib? – Müğənni özü bu suala aydınlıq gətirib

820 17.05.2019 18:37 Şou-biznes A A

Xalq artisti Zülfiyyə Xanbabayevanın “Bank of Baku” tərəfindən məhkəməyə verildiyi barədə xəbər yayılıb.

İddiaya görə, sənətçi bir müddət əvvəl “Bank of Baku” ipoteka kreditinin müqaviləsinin şərtlərini pozub və bu səbəbdən ondan evini tərk etməsi tələb edilir.

Xalq artistinin yayılan məlumatlara cavabı gecikməyib.

Musavat.com xəbər verir ki, jurnalist Türkan Məmmədli xalq artistinin fikirlərini öz şəxsi səhifəsində bölüşüb: “Hörmətli media nümayəndələrinə çatdırmaq istəyirəm ki, xəbər kökündən yalandır. Yayılan məlumat heç bir həqiqəti əks etdirmir. Məsələni araşdırmaq üçün adıçəkilən bankla əlaqə saxlayıb, doğruları öyrənmək olar. Təşəkkür edirəm”.

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR