Bu ilin mart ayında Qvatemalaya səyahət edən 23 yaşlı səyyah Ketrin Şounun çılpaq halda meyiti tapılmışdı.
Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, gənc səyyahın ölümü ilə bağlı yeni detallar aşkar edilib.
Onun ilk öncə zorlanaraq öldürüldüyü iddia edilsə də, yaralanaraq öldüyü məlum olub.
Qvatemala meşələrində gəzintiyə çıxan gənc səyyah qəfildən yox çıxmışdı. Onun axtarışları həftələrlə davam etmişdi. Gənc qızın cəsədini "Lucie Blackman Trust" adlı bir qrup tapmışdı. Bu qrup xüsusilə xarici ölkələrdən gələn və gəzintilər zamanı itən vətəndaşların tapılması ilə məşğuldur. Qvatemala mediası gənc qızın zorlanaraq öldürülməsi xəbərini yaysa da sonradan onun ölümünün əsl səbəbi aydın olub.

Gənc səyyahın ölümündən sonra aparılan müayinələrdə Ketrin Şounun çoxsaylı xəsarətlər səbəbindən həyatını itirdiyi məlum olub. Beləki o, 90 metr hündürlükdən yıxılaraq həyatını itirib. Hakim gənc qızın ölümünün ehtiyatsızlıqdan baş verdiyi qənaətinə gəlib.
Aparılan tibbi müayinələrin əsasında gənc qızın meyitinin ölümündən 4 gün sonra tapıldığı bildirilib.

Qeyd edək ki, gənc qız səhər saatlarında qaldığı oteldən təkbaşına ayrılıb. O, günəşin doğuşunu izləməyə gedərkən meşədə çılpaq halda gəzdiyi zaman itib. Ketrin Şounun ölümü ilə bağlı Böyük Britaniya xarici işlər nazirliyi də açıqlama yaymışdı.
Turan Oruc
Musavat.com












