İnsanlara hürriyət, millətlərə istiqlal!

ZİYALILARIN PREZİDENTƏ MÜRACİƏTİNƏ HƏLƏ CAVAB VERİLMƏYİB

1426 15.07.2010 09:20 Media A A

Xatırladaq ki, Prezident Administrasiyasına (PA) göndərilən müraciəti “Turan” agentliyinin direktoru Mehman Əliyev,  “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu,  “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov, hazırda fəaliyyət göstərməyən “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu imzalayıblar. Ondan az sonra isə ziyalıların forumunda E.Fətullayevin azadlığa buraxılması üçün böyük müraciət hazırlandı. İ.Əliyevə ünvanlanan müraciətdə ziyalılar ondan E.Fətullayevin azadlığa buraxılmasını istədilər.
Amma maraqlıdır ki, bu müraciətlərdən xeyli vaxt ötsə də heç birinə cavab verilməyib. Cəmi bir dəfə PA ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov redaktorların müraciətini şərh etmək istədiyini dedi. Əgər bunu cavab adlandırmaq mümkündürsə. Ziyalıların müraciətinə isə ilk gündən sükutla “cavab” verilib. Maraqlıdır, müraciət müəllifləri nə düşünür? İlk gündən belə bir reaksiyanı təxmin edirdilərmi? Müraciət etdiklərinə peşmandılarmı?
Azər ƏhmədovAzər Əhmədov dedi ki, müraciət etdikləri ilk gündən etibarən ona cavab verilməyəcəyinə inanırdı. O, hətta bu müraciətə görə xeyli qınağa tuş gəldiyini də xatırlatdı: “Amma mən onda da dedim ki, biz türmədəki həmkarımızın xahişini nəzərə alıb belə addım atmışıq. Nəticəsini də öncədən təxmin edirdik. Ümumiyyətlə, İlham Əliyev prezident kimi müstəqil mediaya nifrət edir. Onun təmsilçilərinin müraciətinə isə şübhəsiz ki, cavab verməyəcəkdi”.
A.Əhmədovun fikrincə, müraciətlərə cavab verilməməsinin daha bir səbəbi gözlənilən əfv fərmanıdır. Baş direktor hesab edir ki, İ.Əliyev xarici təzyiqi, eləcə də daxildən olan müraciətləri nəzərə almadığını sübut etmək üçün milli mətbuatın 135 illiyi ilə bağlı əfv fərmanı imzalayacaq: “Mehman Əliyevin fikirlərinə qatılıram ki, İlham Əliyev Avropa Məhkəməsinin sorğularından çəkinmədiyini, ziyalıların və jurnalistlərin müraciətinə əhəmiyyət vermədiyini nümayiş etdirmək üçün belə bir addım atacaq. Bununla da mesaj verəcək ki, mən heç bir müraciətin təsiri altında addım atmıram”.
Eldar NamazovZiyalı forumunun iştirakçısı, politoloq Eldar Namazov da söylədi ki, onların müraciətinə cavab verilməməsinin səbəbini qarşı tərəfdən soruşmaq lazımdır. O, nəticəyə diqqət etməyi məsləhət görür: “Güman ki, həlledici qərarlar qəbul olunanda bizim müraciətimiz də nəzərə alınacaq. Bilirik ki, bloggerlər və jurnalistlə bağlı daxili və xarici müraciətlər olub. Bunun nəticəsinin özünü göstərəcəyinə, haqq-ədalətin öz yerini tapacağına inanıram”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR