İnsanlara hürriyət, millətlərə istiqlal!

“ZİYALILARIN MÜRACİƏTİNƏ CAVAB VERİLMƏMƏSİ AĞIR MƏSƏLƏDİR”

1612 28.07.2010 09:31 Ölkə A A
Bunu “Azadlıq” radiosuna Milli Mətbuat Günü ərəfəsində kinorejissor, ssenarist Rüstəm İbrahimbəyovun həbsdəki jurnalist Eynulla Fətullayev və bloggerlər Adnan Hacızadəylə Emin Millinin azadlığa buraxılmasına köməklik göstərməsi üçün prezident İlham Əliyevə etdiyi müraciətin hələ də cavablandırılmamasına münasibət bildirən xalq yazıçısı, deputat Əkrəm Əylisli deyib.
Xalq yazıçısının fikrincə, hökm deyil prezident desin ki, təcili jurnalisti azad edin, getsin yaşasın: “Ziyalıları çağıra bilər ki, bu münasibət mənə aydın deyil, o, başqa şeyə görə həbs edilib. Misal üçün də, yəni tam reaksiyasız qalması bir az ağır söhbətdir. Bu günlərdə jurnalistlərlə bağlı tədbirlər oldu. Bu tədbirlərin ən güclüsü, təsirlisi, hətta ən faydalısı - bizim müraciətimizə cavab olardı. Eynulla Fətullayevin azad olunmağı Həsən bəy Zərdabinin ruhuna hörmətin əlaməti olardı”.
Bununla belə, Ə.Əylisli o qədər də bədgüman deyil: lİnanmıram cavabsız qalsın. Qalacaqsa biz nəticə çıxarmalıyıq...”
Rüstəm İbrahimbəyov özü isə “Azadlıq” radiosuna deyib ki, bu müddətdə onlara hər hansı şəkildə cavab verilməyib. Buna görə də, ziyalılar adından memorandum hazırlanır və həmin sənəddə ölkədə baş verən bir sıra məsələlərlə yanaşı, müraciətə cavab verilməməsinə də aydınlıq gətiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR