İnsanlara hürriyət, millətlərə istiqlal!

Ziyafət Əsgərov: “Ermənistanın içərisindəki revanşist qüvvələr ölkənin idarəsini iflic edib” - VİDEO VİDEO

1340 20.11.2021 13:29 Son xəbər A A

Ziyafət Əsgərov: “Ermənistanın içərisindəki revanşist qüvvələr ölkənin idarəsini iflic edib”

“Diasporanın Paşinyana barış istiqamətində təsiri böyükdür”. Bu sözləri bu gün TV Müsavatın efirində Rauf Arifoğlunun moderatorluğu ilə efirə gedən “Dərin Təhlil” verilişində Milli Məclisin komitə sədri, deputat Ziyafət Əsgərov deyib.

Musavat.com xəbər verir ki, zamanında Ermənistan parlamentində Paşinyanı “siz müharibəni niyə davam etdirmədiniz” deyə sıxışdıranda cavabı ilginc olub: “Dedi ki, biz davam etdirsəydik, Xankəndi və bizim 20 minlik ordu mühasirəyə düşürdü. Bunun da nəticəsi nəylə nəticələnəcəkdi, bunu başa düşürdü. Amma indiki halda, burda daxili və xarici faktorlar var. Diaspor məsələsini də əlavə etmək istəyirəm. Diasporanın Paşinyana barış istiqamətində təsiri böyükdür. Onlar müharibədə uduzmaqlarını həzm etmək istəmirlər”.

Z.Əsgərov deyib ki, biz “demarkasiya və delimitasiyanı həll edək, sonra sülh sazişindən danışaq” söyləyirik. Amma ermənilər məsələni uzatmaq üçün ya ATƏT-in Minsk Qrupu məsələsini, ya da status məsələsini ortaya atırlar: “Bunlar hamısı mənasız oyunlardır. Paşinyan bunu gözəl bilir. Ermənistanın içərisindəki revanşist qüvvələr ölkənin idarəsini iflic edib. Bu da siyasət adamı olmadığı üçün nə etdiyini bilmir”.

Sevinc,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR