İnsanlara hürriyət, millətlərə istiqlal!

Ziyad Səmədzadə: “Elə məsələlər var ki, onlar sahibkarlığın inkişafına mane olur”

1896 31.05.2018 12:50 Son xəbər A A

Milli Məclisin hazırda davam edən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdə maliyyə naziri Samir Şərifov və digər hökumət nümayəndələri də iştirak edir.

Gündəlikdəki qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O bildirib ki, parlament dövlət büdcəsi üzərində nəzarəti təşkil edir və hər il icra haqqında məsələni müzakirə edir: “2017-ci il dövlət büdcəsinin icrası ilə tanışlıq sübut edir ki, iqtisadiyyatımızda müsbət meyillər güclənir. Sosial proqramların icrasında maliyyə problemi olmayıb. Bu da 2018-ci il dövlət büdcəsinin daha yüksək göstəricilərlə təmin olunmasına şərait yaradıb. Azərbaycan iqtisadiyyatında müsbət tendensiyalar güclənir. 2017-ci il ərzində dövlət büdcəsinin bütün parametrlərinin icrası mümkün olub, sosial proqramlar həyata keçirilib”. Z.Səmədzadə qeyd edib ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və müvafiq hesabat “Büdcə sistemi haqqında” Qanunun müvafiq maddəsinə uyğun olaraq hazırlanıb: “Hesabat Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulan xərclərin icra vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, dövlət borcları, il ərzində götürülən dövlət borcuna xidmət, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat fondunun, dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən istifadə haqqında və digər zəruri məlumatları özündə əks etdirir”. Komitə sədri bildirib ki, 2017-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,1 faiz və ya 17 milyard 595 milyon manat səviyyəsində icra olunub. Xərclərin 62 faizi cari xərclərdir. “Cari xərclər ölkədəki inkişaf səviyyəsinə görə dəyişir. Bəzən elə şərait yaranır ki, sosial layihələr daha çox həyata keçirilir ki bu da cari xərclərin artırılmasına səbəb olur. Dövlət başçısının tapşırığı ilə Azərbaycanda neftin qiymətinin ən aşağı həddində belə sosial layihələrin həyata keçirilməsi dayanmadı və bu sahədə bütün məsələlər vaxtlı -vaxtında həyata keçirildi”-deyə, Z.Səmədzadə əlavə edib.

Komitə sədri təhsil xərclərinin strukturuna baxılmalı olduğunu da deyib: “Nəhayət, peşə texniki təhsili yaradıldı. Düşünürəm ki, bunun üçün büdcədən daha çox maliyyə ayrılmaldıır. Çünki bu, gələcəkdə məşğulluğun artmasına gətirib çıxaracaq”.

Dövlət büdcəsindən maliyyələşən təsərrüfatların olduğunu deyən Z. Səmədzadə qeyd edib ki, elə məsələlər var ki, onlar sahibkarlığın inkişafına mane olur: “Bunlar aradan qaldırılmalıdır. Özəl sektor sosial məsuliyyəti artırılmalı, banklarla bağlı problemlər həll olunmalıdır. Belə olan halda, dövlətin üzərinə düşən yük yüngülləşsin”.

Daha sonra qanun layihəsi ilə bağlı deputatların çıxışları dinlənilib.

Deputat Vahid Əhmədov İstifadə olunmayan kənd təsərrüfatı torpaqları ilə qanuna edilən dəyişikliklərdən bəhs edib. “2016-17-ci illərdə kənd təsərrüfatında sığorta məsələsinin həlli ilə bağlı məsələ qaldırmışıq. Ancaq çox təəssüflər olsun ki, sığorta məsələsi həll olunmayıb, insanlar əziyyət çəkir”-V.Əhmədov əlavə edib.

Müzakirələr davam edir.

E.Paşasoy, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR