İnsanlara hürriyət, millətlərə istiqlal!

ZİYA MƏMMƏDOVUN OĞLUNUN ŞİRKƏTİNDƏN ORİJİNAL AKSİYA

1848 18.08.2012 09:13 Ölkə A A
"Əvvəla, bütün Azərbaycan xalqını müqəddəs Ramazan ayı münasibətilə təbrik edirəm və duaların qəbul olunmasını arzulayıram. Qeyd olunan bayram dünya müsəlmanları üçün çox önəmli və müqəddəsdir. Biz, "ZQAN Holdinq" olaraq öz növbəmizdə qərara gəldik ki, iftar vaxtı yollarda olan həmvətənlərimizə dəstək olaq. Aksiya zamanı Bakı sürücülərinin bizim əməkdaşlara təşəkkür etmələri bizi qürurlandırdı. Aksiya artıq ənənə halını alıb", - deyə "ZQAN Holdinq"ın İdarə Heyətinin sədri Vaqif Həsənov bildirib.
Məlumata görə, bu aksiya "ZQAN Holdinq" tərəfindən keçirilən ilk belə aksiya deyil. Bundan əvvəl də holdinq bir çox xeyriyyə aksiyalarına imza atıb.
"ZQAN Holdinq" ZQAN Şirkətlər Qrupuna daxil olan şirkətlərin apardığı fəaliyyətinə və strateji qərarlarına rəhbərlik edir. ZQAN Şirkətlər Qrupu inşaat məhsullarının istehsalı, bank işi, sığorta, telekommunikasiya, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, eləcə də daşınmaz əmlak və onun idarə edilməsi kimi sahələrdə fəaliyyət göstərir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR