İnsanlara hürriyət, millətlərə istiqlal!

“ZİRVƏDƏ. Qoşa ömrün 60 epizodu” - AVCIYA-dan Prezident İlham Əliyevə yubiley hədiyyəsi

538 23.12.2021 16:04 Gündəm A A

 

Elxan Süleymanov: “Tarix yazan, xalqımızı müzəffər millətə, ölkəmizi qalib dövlətə çevirən Sərkərdənin hər addımı öyrənilir və öyrəniləcək”

Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə “ZİRVƏDƏ. Qoşa ömrün 60 epizodu” kitab-albomu çapdan çıxıb.

Kitab-albom Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən “1905.az kitabı” seriyasında tərtib edilib. Seriyanın ideya müəllifi və naşiri AVCİYA-nın prezidenti Elxan Süleymanov, tərtibçisi və elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayevdir.
Musavat.com xəbər verir ki, kitab-albomda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın son 10 il ərzində gördükləri işlərin bir qismi xronoloji ardıcıllıqla - xəbərlərin, əvəzsiz fotosənədlərin dili ilə diqqətə çatdırılır.

684a8755-a5f2-4f72-a5ce-866e8f0b2da2.jpg (52 KB)


“Ön söz”də Elxan Süleymanov yazır: ““ZİRVƏDƏ. Qoşa ömrün 60 epizodu” kitab-albomu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 60 illik yubileyi münasibətilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən tərtib edilib.
Bu kitab-albom Azərbaycanın dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın son 10 il ərzində gördükləri işlərin bir qismindən danışır. Xəbərlərin, əvəzsiz foto-sənədlərin dili ilə. Hadisələr xronoloji ardıcıllıqla düzülüb.
Əlbəttə, on il ərzində Prezidentimiz və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutmuş bütün tədbirləri bir kitaba sığışdırmaq qeyri-mümkündür. Biz bu çoxşaxəli zəngin fəaliyyətin kiçik bir hissəsindən, cəmi 60 epizoddan söz açmışıq. Yaddaşlarda əbədi qalacaq, ən yeni tariximizin şərəfli səhifələrində yer tutmuş belə hadisələrin sayı isə yüzlərlədir.
Azərbaycan Prezidentinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımızı tarixi qələbəyə aparan siyasi, iqtisadi, hərbi, diplomatik addımlarına, düşməndən azad etdiyimiz torpaqlarımıza hər səfərinə cild-cild kitablar həsr etmək olar. Əminəm ki, bu iş də görüləcək.
Tarix yazan, xalqımızı müzəffər millətə, ölkəmizi qalib dövlətə çevirən Sərkərdənin hər addımı öyrənilir və öyrəniləcək. Üstəlik, bu iş tək ölkəmizdə görülmür, yaxında, uzaqda saysız-hesabsız tədqiqatçılar 44 günlük müharibədə böyük Qələbə əldə etmiş Azərbaycanın təcrübəsini öyrənirlər.
Mən ömrümün doqquzuncu onilliyinə qədəm qoymuşam.
20 ildən artıqdır ki, AVCİYA-ya rəhbərlik edirəm.

suleymanov-1.jpg (29 KB)

Elxan Süleymanov

Çox xoşbəxtəm ki, Respublikamızın aparıcı qeyri-hökumət təşkilatlarından biri olan AVCİYA-nın inkişaf yolu İlham Heydər oğlu Əliyevin rəhbərlik etdiyi dövlətdə keçir. Assosiasiyamız Prezidentimizin QHT-lərə olan böyük diqqəti və yaratdığı münbit şəraitdən bəhrələnərək ölkənin ictimai həyatında fəal iştirak edir, milli mənafeyimizi beynəlxalq səviyyədə qoruyur.
Həm də ona görə xoşbəxtəm ki, cənab Prezident İlham Əliyevin müdrik dövlətçilik fəaliyyəti sayəsində azad olunmuş torpaqlarımızda nəhəng bərpa və quruculuq işlərinin fərəh və sevincini yaşayırıq.
Bu kitab möhtərəm Prezidentimiz İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş hədiyyəmizdir. 23 illik fəaliyyəti boyu Qarabağ mübarizəsi aparan, Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdıran AVCİYA-nın kollektivi adından şanlı yubileyi münasibətilə müzəffər Ali Baş Komandanımızı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi təbrik edir, ona can sağlığı, ailə səadəti və ali dövlətçilik fəaliyyətində yeni zəfərlər arzulayırıq.
Böyük Heydər Əlirza oğlu Əliyevin layiqli davamçısı, Ulu Öndərin milli amallarını həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycana bundan sonra da yeni uğurlar qazandıracaq, onun ölkəmizin inkişafı, xalqımızın rifahı yolunda böyük arzu və istəkləri həyata keçəcək”.

21b266f5-07c7-43ad-89c6-368038dfa8cb.jpg (68 KB)
                             

                                              ***
Elxan Süleymanov həmçinin, Prezidentə yubileyi münasibəti ilə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

- Möhtərəm cənab Prezident!

Sizi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının kollektivi və şəxsən öz adımdan 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Sizə - tarix yazan, xalqımızı müzəffər millətə, ölkəmizi qalib dövlətə çevirən Sərkərdəmizə uzun ömür, cansağlığı, ailə səadəti, şərəfli və şanlı dövlətçilik fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Böyük məmnuniyyətlə Assosiasiyamızın “1905.az KİTABI” seriyasında işıq üzü görmüş “ZİRVƏDƏ. Qoşa ömrün 60 epizodu” kitab-albomunu Sizə təqdim edirəm.
Cənab Prezident!
Bu kitab-albom Sizin və Mehriban xanım Əliyevanın son 10 il ərzində gördüyünüz işlərin kiçik bir hissəsini əhatə edir.
Əlbəttə, Sizin, Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısının fəaliyyətini bir kitabda əhatə etmək mümkünsüzdür. Bu fəaliyyət bütün möhtəşəmliyi ilə qədirbilən xalqımızın yaddaşında əbədi yer tutub.
Fürsətdən istifadə edib Respublikamızın aparıcı qeyri-hökumət təşkilatlarından biri olan AVCİYA-nın rəhbəri kimi QHT-lərə olan böyük diqqətinizə və yaratdığınız münbit şəraitə görə Sizə dərin minnətdarlığımı bildirirərək, kollektivimizin yubilyara böyük sevgi və dərin ehtiramını çatdırıram.
Yubileyiniz mübarək, Cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR