İnsanlara hürriyət, millətlərə istiqlal!

Zimbabve Prezidenti: "Bizim arzumuz Azərbaycanla qarşılıqlı siyasi münasibətlərin qurulmasından ibarətdir"

419 19.01.2019 16:10 Ölkə A A

"Çox sağ olun Zati-aliləri. Buraya gəldiyimizdən bəri bizim çox səmimi qarşılandığımız üçün Sizə nümayəndə heyəti adından təşəkkürümü bildirmək istəyirəm".

"Report"un xəbərinə görə, bunu Zimbabve Prezidenti Emmerson Mnanqaqva yanvarın 19-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

"Sizin çox gözəl ölkəniz var. Biz ilk dəfədir ki, sizin ölkənizə səfər edirik. Azərbaycanda artıq şahidi olduğumuz inkişaf və infrastruktur səviyyəsi bizə çox güclü təsir bağışlayıb. Bizim arzumuz iki ölkə arasında qarşılıqlı siyasi münasibətlərin qurulmasından ibarətdir. Lakin xüsusilə biz iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etmək, həmçinin əməkdaşlıq aparılacaq digər sahələri və ölkələrimiz arasında ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik", - Zimbabvenin dövlət başçısı vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR