ZİDANIN ÖLKƏSİ
Əlbəttə, əla fransız ətirləri əldə etməyin, “Pejo”, “Reno” markalı əla avtomobillər almağın fransız sevgisinə dəxli yoxdur, bizimkilər bu əmtəələri sevgidən yox, keyfiyyətinə görə alırdılar. İndi əgər dövlət və millət səviyyəsində fransız mallarına embarqo qoyulmasa, yenə alacaqlar. Sizə deyim ki, bəzi kübar adamlar, hətta fransız ətri almağa elliklə söyüş qoyulsa da, onu əldə edəcəklər. Eləcə də fransız konyakının, şampanının həvəskarları boğazı quru qalan deyillər.
Bunu nədən bilirəm? “Yerevan” konyakından. Əlimizdə olan səhih məlumatlara görə, aradakı düşmənçiliyə, qanlı-bıçaqlığa baxmayaraq, ölkəmizin bəzi imkanlı adamları “Yerevan” konyakından vaz keçə bilmir, müxtəlif yerlərdən aldırıb gətizdirirlər. Hətta Göyçə mahalındakı eyni adlı göldə yetişən işxan (qızılbalıq, ala balıq, forel) balığını xüsusi olaraq gətirdənlərin olduğu da deyilir.
Çünki millət dərdi, patriotluq başqa şeydir, cana qulluq başqa. Atalar da nahaq yerə deməyib ki, qardaşa nisbətən qarın daha yaxın məsafədə yerləşir.
O üzdən bilmirəm bizim ermənilərə üzgördülük etmiş Fransa Senatının acığına belə addımlar atmağımız, anti-Fransa ovqatına köklənməyimiz lazımi effekt verəcək, ya verməyəcək.
Əlbəttə, Rüstəm İbrahimbəyovun Fransanın “İncəsənət” ordenindən imtina etməsi tam yerindədir. Çünki Rüstəm müəllim azad söz adamıdır, Senatın qəbul etdiyi qanun isə azad sözə qarşıdır. Sabah o, Parisə getsə və orda ona erməni məsələsi barədə naqolay sual versələr, Rüstəm müəllim onlara birbaşa cavab verər və Fransanın hüquq-mühafizə orqanları çaş-baş qalarlar, bilməzlər “Oskar”lı yazıçını tutsunlar, yoxsa yox.
Hərçənd dünən “Media FM” radiosunun fransız ifaçılar tərəfindən oxunan mahnılara qadağa qoyması xəbərini oxuyandan sonra adam mütərəddid qalır. Bilmirsən bu, vaxtilə 100 qızıl axçanın müqabilində Parisi partladan Dərviş Məstəli şahın barıtı artıq qoyması kimi bir şeydir, yoxsa nədir.
Onda biz gərək Aleksandr Dümanın (hər ikisinin), Gi de Mopassanın, Viktor Hüqonun roman və hekayələrini də oxumayaq. Çünki onlar fransızdırlar və eyzən Fransadan yazıblar - özü də fransızca.
Bəs Jan-Pol Belmondunun, Lui de Fünesin, Alen Delonun filmləri necə olsun? Təbii ki, onlarla bağlı məsələni də “o filmlərə baxan belə-belə olsun” söyüşü ilə həll etmək olar.
Düşmənçiliyi bir az da inkişaf etdirsək, gərək Şarl de Qoll ilə şəxsən dost olmuş şəkili partizan Əhmədiyyə Cəbrayılovun nəvə-nəticələrini işə qoşaq. Onlar “Lider”in efirinə çıxaraq, “babamız Xarqonun sizin azadlığınız uğrunda tökdüyü qan burnunuzdan gəlsin” deyə bilərlər.
İş bununla bitmir, parlamentin videoarxivini eşələyərək, Milli Məclisin tribunasından “Jak Şirak qudurub” deyən deputatın çıxışının videoyazısını təkrarən yayımlamaq olar. İnsafən, o zaman deputat Şamil Qurbanov bu sözü belə məsələlərə görə demişdi - Senatın “erməni genosidi” təzə-təzə tanıdığı vaxtlar idi.
AFFA da dinc oturmamalıdır, UEFA prezidenti fransız Mişel Platininin acığına nəsə bir tədbir görməlidir. Bu, “Platiniyə istefa!” tələbi də ola bilər, Fransaya səfərlərdən imtina etmək də.
Səfər demişkən, hazırda Fransada səfərdə olan deputatlarımız Strasburqda patriotik bir aksiya keçirsələr, yerinə düşər. Onsuz da bir çoxları indi ayılıb ki, Fransanı ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxartmaq lazımdır. Halbuki arıq jurnalistlər bunu hələ 10-12 il əvvəldən yazırdılar.
Bir sözlə, anti-Fransa kampaniyasını davam etdirmək, yeri gəlsə, fransızların məişət pozğunu olmasını, bircinsli eşqə meyllilikləriniı başlarına töhmət eləmək də olar (Onsuz da əksəriyyət bu arqumentdən istifadə edir). Hərçənd istisnalar da var, məsələn, 2006-cı il mundialının finalında Zidanın, onunla ana-bacı söhbəti edən Materassiyə kəllə qoyduğunu unutmaq olmaz.
Fransa hakimiyyətini Zidana və o qanuna səs verməyən deputatlara qurban edək, getsin.