İnsanlara hürriyət, millətlərə istiqlal!

ZEYNƏB XANLAROVANIN QOHUMUNUN CİNAYƏT İŞİ AİLƏ PODRATINA VERİLİB

4377 01.11.2012 09:32 Ölkə A A

İlk baxışdan burada qeyri-adı heç nə olmasa da, Araz Kazımovun bu qalmaqallı cinayət işini araşdıran Xəzər Rayon Prokurorluğunun müstəntiqi Ayxan Kazımovun atası olması situasiyanı dəyişir. Ən azı mövcud qanunlara görə, oğlun araşdırdığı cinayət işinə ata baxa bilməz. Səbəblər çoxdur, birini yazaq - müstəntiqin yol verdiyi nöqsanlara hakim atası istər-istəməz göz yumacaq. Yumub da!
Daşqın NəsirovMüstəntiq Ayxan Kazımov Daşqın Nəsirov həmyerlisinə odlu silahdan bir neçə dəfə atəş açandan sonra fakt üzrə Cinayət Məcəlləsinin  29,120-ci - qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlamışdı. İş məhkəməyə göndəriləndə isə müstəntiq Daşqın Nəsirovun odlu silahla adama atəş açmasını 221-ci maddəyə tövsif edib. Yəni onun bu əməlini xırda xuliqanlıq kimi qələmə verib. Müstəntiq niyə belə edib? Bu sualla bağlı Türkan qəsəbəsində bir çox söhbətlər gəzir. Həmin söhbətlərin bir neçəsi mətbuatda dərc olunub. Onlardan birində deyilirdi: “Onun (Daşqın Nəsirovun-E.H.) qohumları kənddə danışıb ki, Daşqının azad olunması üçün 1,5 milyon manat ödəyiblər. Bircə zərərçəkənin razılığı olmalı imiş. Onu da rayonun icra başçısı Hacı Gülağa İslamov alıb. Türkanda hamı bilir ki, bu razılıq müvəqqətidir. Növbəti dəfə qan töküləcək. Bunun geci-tezi var”.
Bu iş Xəzər Rayon Məhkəməsinə göndərilənə qədər D.Nəsirov həbsdə idi. İş rayon məhkəməsinə göndərildi və elə ilk iclasdaca sədrlik edən İlham Ağayev D.Nəsirovu məhkəmə zalından azadlığa buraxdı. Az keçmədi ki, hakim yol qəzasında həlak oldu. Həmin vaxt rayon məhkəməsində digər hakimlərin səlahiyyət müddəti bitdiyindən işlərin baxılması dayandırılmışdı. Buna görə də işlərin baxılması digər rayon məhkəmələrinin hakimlərinə həvalə olunmuşdu. D.Nəsirovun cinayət işinin niyə məhz Suraxanı Rayon Məhkəməsinin sədri Araz Kazımova həvalə olunması isə sual olaraq qalır. 22 illik hakimlik təcrübəsi olan A.Kazımovun niyə bu işə qol qoyması da aydın deyil. Ən azı bu iş ona həvalə olunarkən Araz Kazımov özü-özünə etiraz verə bilərdi. Deyə bilərdi ki, bu işə mənim oğlum baxıb və burada mən ədalətli ola bilmərəm. Amma deməyib. Yenə də Türkan qəsəbəsindəki dolaşan söhbətlərə qayıdaq. Həmin söhbətlərdə deyilir ki, D.Nəsirov məhkəmədən canını qurtarmaq üçün əlavə olaraq 200 min manat pul ödəyib. Dünən Xəzər Rayon Məhkəməsindən bu cinayət işi üzrə hansı hökmün verilməsini aydınlaşdıra bilmədik. Növbəti saylarımızda bu haqda məlumat alıb dərc etməyə çalışacağıq.
Xatırladaq ki, D.Nəsirovu ictimaiyyət oğlu Orxan Nəsirovun müğənni Aygün Kazımovanın qızı İlqarənin video qalmaqalından sonra tanıyıb. 2011-ci il noyabrın 23-də isə D.Nəsirovun oğlunun adı Türkanda 12-13 nəfərlə birgə daş karxanasına silahlı basqında hallanıb. Bu haqda “Azadlıq Radiosu”nda reportaj yayımlanandan sonra materialı hazırlayan jurnalist Yafəz Həsənovun yaşadığı ünvana da basqın olub. Jurnalistin evinə hücum edənlərin arasında Z.Xanlarovanın digər qohumu Zəfər Nəsirov və digərləri olub. Y.Həsənov bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də onu təhdid edənlərin barəsində tədbir görülməyib. Yazıda adıçəkilən hər kəsi dinləməyə hazırıq.
Mövzuya qayıdacağıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR