
Zeynəb Xanlarova İlhamə Quliyeva ilə vida mərasimində: “O, ölməyib...”
Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova xalq artisti İlhamə Quliyeva ilə vida mərasimində iştirak edir.
Musavat.com-un əməkdaşı xəbər verir ki, Zeynəb Xanlarova İlhamə Quliyevanı “ölməz sənətkar” adlandırıb: “İlhamə ölməz sənətkardır. O, ölməyib. Mahnıları yaşadıqca, o da yaşayacaq. Allah rəhmət eləsin!”.







