İnsanlara hürriyət, millətlərə istiqlal!

ZEYNAL NAĞDƏLİYEV SEÇKİ SAXTAKARLARINA MUSA MUSAYEVİN AQİBƏTİNİ XATIRLATDI

1988 24.08.2010 09:47 Gündəm A A
Onun sözlərinə görə, 2009-cu ildə keçirilən bələdiyyə seçkiləri zamanı bəzi pozuntular da olub və bunlar ölkə rəhbərliyi tərəfindən prinsipial olaraq qiymətləndirilib: “Bu pozuntuya yol verilən icra strukturları cəzalandırılıb, o cümlədən Naftalan rayonunun icra başçısı vəzifəsindən azad edilib, bir sıra nəticələr ləğv olunub. Növbəti parlament seçkisində bu mövqe daha da sərtləşəcək. Biz əldə olunan təcrübəni daha da təkmilləşdirməliyik”. Z. Nağdəliyev 2008-ci ildə keçirilən bələdiyyə seçkiləri zamanı təxribatların olduğunu, əvvəlki müvafiq seçkidən fərqli olaraq bu dəfə həmin təxribatların hamısının qarşısının alındığını vurğulayıb.
Şöbə müdiri həmçinin bildirib ki, parlament seçkiləri zamanı bütün siyasi partiyalara, bütün tərəflərə qapalı və açıq yerlərdə təbliğat-təşviqat aparmaq üçün bərabər şərait yaradılmalıdır. Z.Nağdəliyev deyib ki, 2009-cu ilin bələdiyyə seçkiləri zamanı bu cür tədbirlərin keçirilməsi üçün ümumilikdə 4797 qapalı və açıq yer ayrılıb: “Budəfəki seçkilər zamanı da Milli Məclisə keçirilən seçkilərin xüsusiyyətinə uyğun olaraq yerlər ayrılmalı və bütün namizədlərə bərabər şərait yaradılmalıdır”.
Z. Nağdəliyevin sözlərinə görə, aşağı seçki məntəqələrində aparılan monitorinq göstərir ki, bütün işlər qaydasındadır. O əlavə edib ki, seçkiyə qədər 62 seçki məntəqəsinin yeri dəyişdirilməlidir, 1000-dən artıq məntəqədə cari təmir işləri aparılmalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR