İnsanlara hürriyət, millətlərə istiqlal!

Zərdabda yeni tibb məntəqələri istifadəyə verildi - Foto

1090 27.06.2020 07:02 Səhiyyə A A

Zərdabın iki kəndində yeni tibb məntəqələri istifadəyə verilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Məlikumudlu və İsaqbağı kəndlərində tibb məntəqələri üçün yeni binalar artıq istifadədədir.

2019-cu ilin dekabrında inşasına başlanan hər iki bina Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində tikilib. Layihə Yaponiya hökumətinin dəstəyi ilə Konstitusiya Araşdırmaları Fondu tərəfindən icra olunub.

Sakinlər tibb məntəqələri üçün yeni binaları Yaponiya və Azərbaycan arasında dostluq və əməkdaşlıq hədiyyəsi kimi dəyərləndirirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR