Azərbaycan ictimaiyyəti Zəfər gününə gün sayarkən, indi vətəndaşlarımızı həm də noyabrın 9-da 3 ölkənin hökumət başçıları arasında keçiriləcək görüşdə əldə olunacaq nəticələr gözləyir. Əsas nəticələr sərhədlərin demarkasiyası və delimitasiyası ola bilər. Bunu da Rusiya prezidenti Putin öz üzərinə götürərək, 1920-ci il xəritələrinin ölkəsində olduğunu bildirib .
Digər tərəfdən kommunikasiyaların açılması gündəmdədir. Bəs 10 noyabr bəyannaməsinin əsas maddələri açıq qalmışkən, erməni terrorçular Qarabağda varlığını sürdürməkdə ikən növbəti razılaşmalar necə mümkün olacaq?
Hərbçi qıtlığı yaşanır. Ermənistan sərhədlərini kimlər qoruyacaq?
Ermənilər sərhəd kəndlərdən niyə köçür?
Bu mövzulardakı müzakirələri aparıcı Nərgiz Liftiyevanın təqdimatında TV Müsavatda canlı yayımlanan "Müzakirə Masası" verilişində izləyə bilərsiniz.
Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat






