İnsanlara hürriyət, millətlərə istiqlal!

ZƏMANƏMİZİN ŞEYTANLARI

867 22.07.2012 09:30 Yazarlar A A
İkinci diqqətçəkici detal bu ki, hökmdən sonra gənc peşman olduğunu söyləyib və baş nazirə təşəkkür də edib: Sitat: “Cinayət işi açılandan sonra Ərdoğana məktub yazdım. O da məhkəməyə birbaşa öz adından ərizə yazaraq şikayət etmədi və məni ”millətin gələcəyi" kimi təqdim elədi. Etdiyim təhqirdən çox utanıram".
İstər baş nazirin böyüklük göstərib gənci “millətin gələcəyi” sayaraq bağışlaması, istərsə də yeniyetmənin etdiyi xətaya görə xəcalət hissi keçirməsi təqdir olunandır təbii ki. Normal insana, həmçinin dövlət rəsmisinə xas olan bir keyfiyyətdir. Eyni zamanda əfsuslar olsun ki, dövrümüzdə getdikcə kasadlaşan xüsusiyyətlərdəndir.
Yeri gəlmişkən, bu yaxınlarda oxşar hadisə Azərbaycanda yaşanmışdı. Ölkə başçısı İlham Əliyevi mitinqdə təhqir edən gənc repçi Camal Əli tutuqlanmış, hamının ona böyük “srok” kəsiləcəyini gözlədiyi halda azadlığa buraxılmışdı. Az sonra o, yenidən həbs olunacağından ehtiyatlanaraq (özünün iddiasına görə) ölkəni tərk etdi.
O zaman prezidentin humanizmi təqdir olundu. Amma bu fakt Azərbaycanı Türkiyə ilə müqayisə eləmək üçün yetmir. Çünki bizdə təhqir bir yana, adicə tənqidə görə öldürülən jurnalist var, tənqidə görə şərlənib həbsə salınan siyasi dustaqlar, heç-zad üstündə 10 il, 11 il alan, haqsız cəzaya dözməyib də türmədə dünyasını dəyişənlər var.
Türkiyə isə Azərbaycandan fərqli olaraq hüquqi-demokratik dövlətdir. Yəni qardaş ölkədə ali hakimiyyətin əsas qollarından olan məhkəmələr də tam müstəqildir (Müstəqil olmasaydı, baş nazirin ərizəsi rədd edilərdimi?) Lakin gerçək dinçi və iman adamı olan Ərdoğan yəqin ki, öz konstitusion hüququndan yararlanıb gəncin həbsdə qalmasına imkan verməyəcək.
Əlbəttə, sosial və ictimai statusundan, ranqından, vəzifəsindən asılı olmayaraq keç kimi təhqir eləmək, söymək olmaz. Ələlxüsus dövlət simvollarını, ölkəni təmsil edən rəsmi şəxsləri, liderləri, dini müqəddəsləri aşağılamaq yolverilməzdir.
Ancaq xüsusi vurğulayaq ki, söhbət ən əvvəl legitim, yəni xalqın əksəriyyətinin azad seçkilərdə səs verib etimad göstərdiyi rəsmi şəxslərdən, cəmiyyətin birmənalı qəbul elədiyi, inandığı nüfuz sahiblərindən, ali dini və qeyri-dini şəxslərdən, mənəvi-ruhani simvollardan gedir. Yoxsa həmin simaları təhqir etməklə sən ilk öncə toplumu, onun seçimini, inancını, etiqadını təhqir eləmiş olursan. İstisna deyil ki, Türkiyə məhkəməsi cinayət işində ən birinci məhz bu motivi - təhqirin ictimai təsirini əsas götürüb...
Söyüş, təhqir şübhə yox ki, insanın mənəvi qüsurluluğuna, imanın qıtlığına dəlalət edir. İslam Peyğəmbəri (s) buyurur ki, “Söyüş söyənin ruzisinin bərəkəti azalar”. Yaxud “Söyüş söyənə cənnət də haramdır” deyib Allahın sonuncu rəsulu. Həzrəti Əli (ə) isə “Pislik edənə yaxşılıqla əzab ver” - buyurub.
Ancaq Allah bağışlayandısa, Rəhmandısa, “bu dünyada hamıya qarşı rəhmlidisə” (“Fatihə” surəsi), onun qulu olan insan nə karədir ki? O da böyüklük göstərməyi, təkəbbürdən, hikkədən qaçmağı bacarmalıdır. Əks halda Yaradanın fitrətinə zidd hərəkət eləmiş olar.
Daxil olduğumuz mübarək ayın fəzilətlərindən biri də budur ki, insan onun qəlbinə yük olan murdarlıqlardan - nəfsani və iblisani hisslərdən, pis vərdişlərdən mümkün qədər təmizlənsin. Qəlbindəki şeytanları tək müqəddəs Ramazanda deyil, ümumiyyətlə, həmişəlik zəncirləsin.
İçimizdəki balaca şeytanlar ram ediləcəksə, böyür-başımızdakı ikiayaqlı iri şeytanlarla bacarmaq da inanın, çətinlik törətməyəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR