İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələdən zərər çəkənləri daşıyan avtobus qəzaya uğradı: Ölən və yaralananlar var - VİDEO

691 24.02.2023 01:25 Dünya A A

Türkiyədə zəlzələdən zərər çəkənləri daşıyan avtobus qəzaya uğrayıb.

Hadisə D-400 magistralında, Müminli məhəlləsi yaxınlığında baş verib.

Avtobus Hatayın İskenderun və Antakya rayonlarında universitetə ​​hazırlaşan zəlzələdən zərər çəkmiş abituriyentləri Konya Universitetinin yataqxanasına aparıb.

Nəqliyyat vasitəsinin kömürlə dolu yük maşınına çırpıldığı bildirilib.

Aralarında 2-si sürücü və 2-si müəllim olmaqla 48 nəfərin olduğu avtobus qəzasında bir müəllim və bir şagird həyatını itirib. Yaralanan 6 nəfər isə Adanada xəstəxanalara aparılıb. Müalicə olunan yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR