İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ bölgəsindən CANLI BAĞLANTI – Toğrul İsmayıl və Yücel Karauz “Canlı debat”da

575 06.02.2023 13:34 Gündəm A A

Xəbər verildiyi kimi, Türkiyədə Bakı vaxtı ilə saat 05:17-də güclü zəlzələ baş verib.

Episentri Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazində yerləşən zəlzələ paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib. Kahramnmaraş və Qaziantep bölgələrində onlarla bina dağılıb, çoxlu sayda insan həlak olub, yaralanıb.

Zəlzələnin ardından bu bölgələrdə 4-5 maqnitudalı bir neçə afterşok (əsas təkandan sonra baş verən daha kiçik təkrar seysmik təkanlar) baş verib.

Bu barədə Kandilli Rəsədxanasının direktoru Haluk Özener bildirib ki, zəlzələ Kahramanmaraş və Qaziantep əyalətlərinin sərhəd qovşağında baş verib: “Zəlzələnin maqnitudası 7.4 olub. Doğu Andoluda böyük bir ərazini əhatə edib, 180 km-lik fayın qırıdığını güman edirik”

Bu gün saat 13.30-da başlanacaq efirdə Türkiyədən canlı bağlantı həyata keçirəcəyik. Türkiyədə yaşayan professor Toğrul İsmayıl və ehtiyatda olan türkiyəli general Yücel Karauz son dəqiqə məlumatlarını bizimlə paylaşacaq.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR