ZƏLZƏLƏ BÖLGƏSİNDƏKİ TİKİNTİ ŞİRKƏTLƏRİ ÜSYANA QALXDI
“Onlardan 2944 ev birmənalı olaraq qəzalıdır və yenidən tikiləcək. Təxminən 3500-dən yuxarı ev təmir-bərpa statusuna düşür. Onların içərisində ”qəzalı" statusuna keçən evlər olacaq"-deyə nazir bildirmişdi.
Nazir qeyd etmişdi ki, qəzalı vəziyyətdə olan bir sıra evlər yayın sonuna, bəziləri isə soyuqlar düşənədək tikilib istifadəyə veriləcək. Ancaq bölgədən gələn məlumatlara görə, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün görülən təmir-bərpa işləri zəifləyib. Hətta o da qeyd olunur ki, qəzalı evlərin yerində yenilərinin tikintisi ilə bağlı ciddi problemlər yaranıb. Modern.az-ın əldə etdiyi məlumata görə, hazırda fəlakət bölgəsində tikinti işlərini aparan 12 podratçı şirkət evlərin tikintisini dayandırıb. Buna səbəb isə tikinti üçün müvafiq vəsaitin hələ də şirkətlərin hesabına köçürülməməsi göstərilir. Aldığımız məlumata görə, tikintiyə cəlb edilən şirkətlər işlərə başlayarkən ilkin vəsait kimi öz maliyyə imkanlarından istifadə ediblər. Amma bir müddət işlədikdən sonra öz vəsaitlərini xərcləyib qurtaran şirkətlərə məlum olub ki, dövlət büdcəsindən ayrılan maliyyənin sifarişçi tərəfindən köçürülməsi ləngidilir. Belədə onlar işləri dayandırdıqlarını bəyan ediblər. Qeyd edək ki, sifarişçi təşkilat Fövqəladə Hallar Nazirliyidir. Modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə müraciət edib. Ancaq nazirliyin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov həmişəki kimi qeybə çəkilib.