İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlimxan Yaqub: "Ən çox ölüm haqda düşünürəm" - "O sirlərin hamısı mənlə qəbrə gedəcək"

3268 29.09.2015 14:47 Son xəbər A A
Xalq şairi Zəlimxan Yaqub Region TV-də yayımlanan "Regionun fəxri" verilişinə eksklüziv açıqlamalar verib.

"Son vaxtlar ən çox ölüm haqda düşünürəm. Fikirləşirəm ki, bu gün gedəcəyəm, sabah gedəcəyəm, amma hələ ki, yaşayıram. Mən ölümə daha yaxınam bu dəqiqə. Sizinlə ölü kimi danışıram. Bu dünya üçün darıxmamaq, bu dünyanı sevməmək olmaz. Ölüm lap gəlib başının üstünü kəssə də, bu həyat haqda düşünəcəksən. Almaniyada müalicə alarkən yazdıqlarım bir dastandır, mətbuatda yayımlanacaq. O yazıların əksəriyyəti ölümlə bağlıdır".

"İnsanlara, məni sevənlərə deyə bilmədiyim çox şey var. Mən qəbrə, haqq evinə çox sirlər aparacağam. Onlar mənlə gedəcək qəbrə. O sirlər dostlarla, düşmənlərlə, taleyimlə bağlıdır. Hamısı mənlə o dünyaya gedəcək".

Verilişdə xalq şairi hazırda yaşadığı, böyüyüb başa çatdığı ata ocağı, ailəsi, sevdikləri ilə bağlı da danışıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR