İnsanlara hürriyət, millətlərə istiqlal!

ZƏLİMXAN MƏMMƏDLİNİN İSTEFASI QƏBUL EDİLDİ

859 20.06.2010 09:07 Siyasət A A
Dünənki toplantıdan sonra həm partiya sədri Mirmahmud Mirəlioğlu, həm də Z.Məmmədli ilə əlaqə saxlayıb olaya münasibətlərini öyrəndik.
M.Mirəlioğlu hadisədən təəssüfləndiyini bildirdi: “Məclisdə çıxışların əksər hissəsi Zəlimxan Məmmədlinin istefa ərizəsinin müzakirəsinə həsr edildi. 20-yə yaxın Məclis üzvü məsələ ilə bağlı mövqeyini bildirdi. Səkkiz nəfər əleyhinə, üç nəfər bitərəf, qalanları isə lehinə səs verməklə istefa ərizəsi qəbul olundu”. Partiya sədri yeni məclis sədri seçimləri ilə bağlı sualımıza da aydınlıq gətirdi: “Bu məsələ qurultaydan sonra keçirilən ilk Ali Məclisdə həllini tapacaq”.
M.Mirəlioğluna görə, bu cür sonluq doğru deyildi: “Zəlimxan bəy iki variantdan hansını seçsəydi, qəbul edəcəkdim. Məsələnin süni ya da təbii şəkildə bu cür yaranması başqa məsələdir. Camaat parlament seçkilərinə hazırlaşır və qələbə qazanacağına ümid edir. Bizim itkilərimiz indidən başlayıb”. O, Z.Məmmədlinin partiya sıralarından xaric edilməsinin müzakirə mövzusu olmadığını da söylədi.
Z.Məmmədli isə bildirdi ki, H.Əliyevin büstü önünə gül çələngi qoyması “Borçalı” cəmiyyətində cəmləşən YAP üzvləri və mərhum prezidentə simpatiyası olan insanların istəyinə uyğun olaraq atılan addım olub: “Bu addım nə mənim istəyim, nə də hansısa mənbənin diktəsi ilə olub. Etdiyim hərəkətə bəraət verirəm. Belə cəsarətli addımlar mövcud stereotipləri dağıtmaq üçün çox vacibdir. Bunu siyasi şouya çevirmək istəyənlər, bundan şəxsimə yönəlik etik əxlaqi normalardan kənar ifadələr işlədənlər, məni seçkidə özünə opponent görən insanın fədakarlığı, partiya sədrinə olan basqılar və onun ətrafında olan bəzi insanların kindən, bəzilərinin isə bilmədən məsələni siyasiləşdirməsi həm şəxsimə, həm də partiyaya münasibətdə qara piyarın nəticəsində qara iz buraxa bilər”.
Müsavat Partiyası ilə KXCP-nin müttəfiqliyi uğrunda hər zaman fədakarlıq etdiyini deyən Z.Məmmədli Müsavat başqanı İsa Qəmbərin, eləcə də, onunla eyni dairədən deputatlığa iddialı olan Arif Hacılının mövqeyindən təəssüfləndiyini bildirdi: “Bu cür yanaşma keçmişimizə və münasibətlərimizə adekvat deyildi. Dar çərçivədə bu barədə söhbət etmək, addımımızın mahiyyəti aydınlaşandan sonra istər facebook-da, istərsə də başqa yerdə açıqlamalar vermək olardı. Yenə deyirəm, düz etmişəm. Lazım gəlsə bundan daha radikal addımlar atacağam. Təki Borçalı probleminin çözülməsində yardımçı olum. Hələ sözümüzü deyəcəyik. İstefamdan da peşman və narahat deyiləm. Dostlarımıza səbirli olmağı, körpüləri yandırmamağı, insan ləyaqəti ilə oynamamağı tövsiyə edərdim”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR