İnsanlara hürriyət, millətlərə istiqlal!

DİNİ SİMVOLLARIN YASAQLANMASI PİSLƏNİR

1503 26.02.2010 03:37 Ölkə A A
Müsavat Partiyası başqanının müavini Qabil Hüseynli qadağanı yaxşı hal kimi dəyərləndirmir: “Məncə, dini simvollardan istifadə insanın inancından və əqidəsindən asılı olan bir şeydir. Elə insanlar var ki, stollarının üstündə, otaqlarında müqəddəs kəlamlar, surələr həddindən artıq çox olur. Mən dini baxımdan ifrata varmağın əleyhinəyəm. Amma dini simvolların qadağın edilməsini də yaxşı hal saymıram. Evdə Quran ayələrinin bəzilərini saxlayıram. Düşünürəm ki, belə şeylər müsbət auranın yaranmasına kömək edir”.
ADP sədrinin müavini Nurəddin İsmayıla görə, dini simvolların qadağan edilməsi Azərbaycanda dini azadlığın olmamasından xəbər verir: “Ölkəmizdə dini inancları olan insanlara qarşı bu cür təqiblərin olması çox mənfi haldır. İnsanların dinə olan sədaqətini nümayiş etdirməsinə qarşı cəza tədbirlərinin görülməsi ölkədə dini azadlığın olmamasını göstərən əlamətdir. Bu da Azərbaycana başucalığı gətirmir. Düşünürəm ki, hakimiyyət müxalifətə qarşı istifadə etdiyi mübarizə üsullarını indi də dini sahənin insanlarına tətbiq etməyə başlayıb. Bu, Azərbaycan üçün utanc gətirən haldır. Belə bir aqressiv qərarın qəbul edilməsini və cəmiyyətdən belə bir şey tələb olunmasını ağlıma da gətirə bilmirəm. Hakimiyyət otaqlardan nəyisə götürə bilər, ancaq insanların ürəyindən dinə, Allaha məhəbbəti çıxara bilməz. Bunların hamısı inzibati tədbirlərdir və heç də cəmiyyətin inkişafına müsbət təsir göstərən faktlar deyil”.
Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadənin fikrincə, dinə rəğbəti olan insanların həmin simvolları saxlamaq hüququ var: “Hakimiyyətin dini simvolları qadağan etməsinə münasibətim mənfidir. Çünki hər kəsin dini inancları var. Dini azadlıqların qadağalar yolu ilə aradan çıxarılması heç də düzgün hal deyil və bu kimi qadağalar müəyyən problemlər yarada bilər. Mənim otağımda dini simvol olmasa da, Azərbaycan bayrağı var. Bayrağın üzərində də bizim İslam dininə mənsubluğumuz əksini tapıb. Amma dini simvol olsa belə, mən onu otağımdan götürməzdim”.
Hüquq müdafiəçisi Çingiz Qənizadə hər kəsin otağında dini simvolları olmasını istəyir: “Dini simvolların yığışdırılmasını düzgün saymıram. Dövlət rəsmilərinin otağında sitayiş etdiyi dinin rəmzlərinin olması qadağan oluna bilməz. Hər kəsin masası üstü6ndə Quranın olmasını istərdim, çünki bu onları öz çirkin əməllərindən yayındıra bilər. Hansısa nazir ibadətlə də məşğul ola bilər. Dini simvolların həmin şəxsin otağında olmasını ona irad tutmaq olmaz. Məncə, dini məsələlərdə olduqca həssas yanaşma olmalıdır. Quran əvvəldən axıradək hüquqlardır və biz orada yazılan hər şeyi bilməliyik. Mənim otağımda dini tablo var. Belə qadağaların rəsmiləşəcəyinə də inanmıram”.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun otağında dini simvollar var: “Onların qadağan olunmasını mən ümumiyyətlə anlamıram. Hər bir dinin öz peyğəmbəri olduğu kimi, bizim də peyğəmbərimiz var. Ancaq dövlətin belə bir qadağanı rəsmiləşdirəcəyinə inanmıram”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da belə bir qanunun rəsmiləşəcəyinə inanmır: “Çünki prezident and içəndə Qurana and içir. Mənim öz otağımda dini simvolların bir çoxu var”.
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xudaoğlu isə belə bir qadağaya müsbət yanaşır: “Çünki konstitusiyaya görə din dövlətdən ayrıdır. Hər kəsin öz inancı var və inancları dövlətlə qarışdırmaq olmaz. Qanun təsdiq olunsa da, dövlət qurumlarına şamil olunacaq, özəl sektora yox. Mənim otağımda Quran var”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR