İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin sülh planı Ər-Riyadda müzakirə olunub: Məxfi görüşdə hansı ölkələr iştirak edib?

1376 09.01.2024 21:49 Dünya A A

Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi sülh formulu ilə bağlı Ukrayna, Qərb ölkələri və Qlobal Cənub nümayəndələrinin görüşü mühüm nəticə əldə olunmadan başa çatıb.

Bloombergin mənbələrinə istinadən yaydığı məlumata görə, görüş dekabrın 16-da Ər-Riyadda tam məxfilik şəraitində baş tutub.

Agentliyin həmsöhbətləri qeyd ediblər ki, müzakirə zamanı Ukraynanın müttəfiqləri “Rusiya ilə danışıqlar üçün Kiyev şərtlərinə dəstək almağa” cəhd ediblər. Eyni zamanda Ukrayna və G7 ölkələri bu məsələdə “Qlobal Cənub ölkələrinin Rusiya ilə birbaşa əlaqə qurmaq” çağırışlarını qəbul etməyiblər. Qeyd olunur ki, iclasda Səudiyyə Ərəbistanı, Hindistan və Türkiyə iştirak etdiyi halda, Çin, Braziliya və Birləşmiş Ərəb Əmirlikləri öz nümayəndələrini göndərməyib.

2022-ci il noyabrın ortalarında G20 sammitinin iştirakçılarına video bağlantı vasitəsilə danışan Zelenski bildirib ki, Kiyevin 10 bənddən ibarət “sülhə nail olmaq planı” var. Onların arasında nüvə, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, “hamı üçün” düsturuna əsasən “tutulan şəxslərin” mübadiləsi və Ukraynanın ərazi bütövlüyünün bərpası daxildir. Prezident xatırladıb ki, Kiyev ona beynəlxalq təhlükəsizlik zəmanəti verilməsində israrlıdır və müvafiq sənəd layihəsi hazırlayıb. Zelenski əlavə edib ki, Ukrayna onun hərbi əməliyyatlar nəticəsində itkilərini Rusiyanın aktivləri hesabına kompensasiya etmək üçün beynəlxalq mexanizmin yaradılmasına nail olmaq istəyir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR