İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin ofisindən SON DƏQİQƏ AÇIQLAMASI: "Rusiyaya güzəştə getmək və sülh danışıqları aparmaq..."

2449 19.05.2022 02:50 Gündəm A A

Rusiya Federasiyasına güzəştə getmək və sülh danışıqları aparmaq mümkün deyil.

Bunu Ukrayna Prezidenti ofisi rəhbərinin müşaviri Mixail Podolyak “Radio NV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyasına və ya elitasına hər hansı güzəşt "Minsk-3" anlamına gələcək ki, bu da sadəcə olaraq növbəti müharibənin daha bir, iki və ya üç illik təxirə salınması olacaq.

Podolyak Moskva ilə danışıqların mümkünsüzlüyünün digər səbəbinin isə Rusiyanın öz təcavüzünün nəticələrini tam anlaya bilməməsi ilə əlaqələndirib.

“İstənilən güzəşt onları növbəti iddialara həvəsləndirəcək. Onlar hələ də öz təbliğatlarında yaşayırlar", - Podolyak vurğulayıb.

O qeyd edib ki, Rusiya hələ də Donbasda müəyyən uğurlar əldə edə biləcəyinə inanır, lakin bu reallığa uyğun deyil.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR