İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin Ofisi: "Ukraynada Rusiya qoşunlarının hücum istiqamətlərinin sayı azalıb"

524 17.03.2022 18:44 Dünya A A

"Rusiya qoşunlarının Ukraynadakı hücum istiqamətlərinin sayı azalıb".

Musavat.com UNİAN-a istinadla məlumatına görə, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.

“Rusiya qoşunlarının Kiyev, Sumı, Çerniqov və Xarkova qarşı hücum əməliyyatları uğursuz olacaq. Doğrudur, qarşı tərəf geri çəkilmir. Amma indi cəmi 3 hücum istiqaməti var. Əvvəllər isə bu rəqəm 6 idi. Görünür, Rusiya ordusunun qüvvələri tükənir. 15 minə yaxın şəxsi heyət tamamilə məhv edilib. Hazırda Kiyevə hücum yoxdur. Çünki ruslar bu imkandan məhrumdurlar. Bizim xüsusi təyinatlılarımız da, partizanlarımız da, yerli sakinlərimiz də mübarizə aparırlar”, - deyə o bildirib.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR