İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin müşaviri Qərb banklarını Rusiya Federasiyası ilə əlaqələrdə ittiham edib

386 16.07.2022 17:50 Dünya A A

Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Oleq Ustenko “JPMorgan Chase”, “HSBC”, “Citigroup” və “Crédit Agricole” banklarına məktub yazaraq, onlardan Rusiya neftinin ticarətini həyata keçirən və neft-qaz qruplarının səhmlərini satan şirkətləri maliyyələşdirməyi dayandırmağı xahiş edib.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Məktubda banklar Rusiya neftini tədarük edən şirkətlərə kredit ayırdıqları üçün müharibəni uzatmaqdan ittiham olunur. Oleq Ustenko həmçinin onları Ukraynanın müharibədən sonrakı bərpasında iştirak etməyə icazə verməyəcəkləri ilə hədələyib.

Onun sözlərinə görə, Ukrayna xüsusi xidmət orqanları Rusiya ilə bu cür əməkdaşlıq barədə məlumat toplayır və müharibə bitdikdən sonra Ukrayna Ədliyyə Nazirliyi bu məsələ ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək niyyətindədir.

Ustenkonun məktubuna cavab olaraq “JPMorgan” bankı anti-Rusiya sanksiyalarının tətbiqində fəal iştirak etdiklərini bildirib. “Citigroup” və “Credit Agricole” Rusiya Federasiyasındakı fəaliyyətlərini məhdudlaşdırıldığını açıqlayıb, “HSBC”dən isə hələ ki hər hansı reaksiya gəlməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR