İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zelenskinin kortejini vurmaq istəsək..." - Rusiya üçün vacib hədəf AÇIQLANDI

812 09.03.2024 12:58 Gündəm A A

“Rusiya Zelenskini aradan qaldırmağı planlaşdırmır”.

Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib. O, bu barədə Təhlükəsizlik Şurasının Ukraynaya həsr olunmuş iclasında bildirib.

“Zelenskinin kortejini vurmaq istəsək, bunu edə bilmərik? Buna cavab verməyə çalışın. Amma vicdanla.. Əgər sizdən hər hansı biriniz Kiyev rejiminin liderindən bu yolla canını qurtarmağa ümid edirsə, sizi məyus edə bilərəm: bu bizim planlarımızın bir hissəsi deyil. Rusiyanın daha vacib vəzifələri var – müharibə məqsədlərini yerinə yetirmək”, – Polyanski Ukrayna liderini aradan götürmək planları ilə bağlı yayılan şayiələri təkzib edib.


O, həmçinin vurğulayıb ki, Odessada pilotsuz təyyarələrin istehsalı sexinin məhv edilməsi Rusiya üçün daha vacib hədəfdir.

Bundan əvvəl Qərb ölkələrinin BMT Təhlükəsizlik Şurasındakı bəzi nümayəndələri Zelenskinin və Yunanıstan nümayəndə heyətinin Odessaya səfəri zamanı Rusiyanın hücumlarına görə onları tənqid etmişdilər.// Sfera.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR