İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Ukraynanın itkilərini 550 milyard dollar qiymətləndirib

432 22.04.2022 04:48 Dünya A A

"Müharibə başlayandan indiyə kimi Ukrayna təxminən 550 milyard itirib".

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

"İlkin hesablamalara görə, Ukrayna dağıntılar nəticəsində 550 milyard itirib", - deyə Ukrayna prezidenti BVF və Dünya Bankının yaz sessiyasının tədbirləri çərçivəsində keçirilən dəyirmi masasında iştirak edərkən deyib.

Onun sözlərinə görə, ölkədə iqtisadiyyatı bərpa etmək üçün ayda 7 milyard dollara qədər ehtiyac var.

Ukraynanın baş naziri Denis Şmıxal öz növbəsində bildirib ki, bu il dövlətin ÜDM-i 30-50% azala bilər. O əlavə edib ki, xüsusi əməliyyat nəticəsində itkilər, ilkin təhlilə görə, 560 milyard dolları ötür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR