İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Ukraynanın ehtiyatda olan hərbçilərini orduya çağırıb

399 23.02.2022 01:26 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin ehtiyatda olan hərbçilərinin orduya çağırıldığını elan edib.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir. Zelenski bildirib ki, o, Ukrayna ordusuna ehtiyatda olan hərbçilərin çağırılması haqqında fərman verib.

"Bu gün ümumi səfərbərliyə ehtiyac yoxdur. Biz Ukrayna ordusunu və digər hərbi birləşmələri tez bir zamanda yekunlaşdırmalıyıq. Mən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi xüsusi müddət ərzində ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması ilə bağlı fərman vermişəm", - dövlət başçısı ukraynalılara müraciətində deyib.

Ukrayna liderinin sözlərinə görə, yaxın vaxtlarda ehtiyatda olan ərazi müdafiəçiləri üçün təlim keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR