Ukrayna Gürcüstan və Qırğızıstandakı səfirlərini geri çağırır. Musavat.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu prezident Volodimir Zelenski öz müraciətində açıqlayıb. O bildirib ki, Ukrayna səfirləri hər yerdə Rusiya işğalına qarşı mübarizəni önündə gedirlər.
V.Zelenski Ukraynanın Gürcüstdandakı və Qırğızstandakı səfirlərini geri çağırdığını bəyan edib: “Təcili olaraq Gürcüstandakı səfirimizi geri çağırırıq: orada Ukraynaya yardıma gəlmək istəyənıləri buraxmadıqlarına, həmçinin sanksiyalarla bağlı mənəviyyatsız davrandıqlarına görə. Eyni zamanda Qırğızıstandakı səfirimizi də çağırırıq. Ukraynaya qarşı aqressiyaya haqq qazandırdıqlarına görə səfirimizlə məsləhətləşmələr aparacağıq”.
Musavat.com






