İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Qara dənizdə Ukraynaya məxsus iki yeni hərbi baza tikiləcəyini bildirib

415 21.10.2020 04:32 Dünya A A

"Qara dəniz hövzəsinin təhlükəsizliyini qorumaq üçün dənizdə iki hərbi bazanın inşasına başlayırıq".

APA TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. Prezident, həmçinin, əlavə edib ki, “Getman Sagaydachni” kimi hərbi gəmilərin yenilənməsi davam etdirilir: “Bununla yanaşı, “Kentavr” sürətli enmə qayıqları hazırlanır və yeni gəmi əleyhinə “Neptun” raketi istifadəyə verilib”.

Zelenski Türkiyə, İngiltərə və ABŞ-la hərbi əməkdaşlığı genişləndirmək planlarını da açıqlayıb: “Ukrayna Ankara ilə birlikdə hərbi texnikaların yenilənməsini, xüsusilə pilotsuz təyyarələr və hava hücumundan müdafiə sistemlərini inkişaf etdirməyi planlaşdırır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR