İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski NÖQTƏ qoydu! Krım azad edilmədən... Professor Qabil Hüseynli ilə savaşın 1 ilinin detalları – CANLI

731 24.02.2023 11:26 Siyasət A A

“Yalnız Krımın işğaldan azad edilməsi Ukrayna və Avropada sülhün bərqərar olmasına kömək edəcək”. Ukrayna prezidenti Volodimir Zelenski “BBC”yə verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, Ukrayna Krımı qaytarana qədər bütün planetdə sülh olmayacaq. O, həmçinin qeyd edib ki, müharibəni dayandırmaq üçün hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü dünya səviyyəsində dəstəkləmək lazımdır.

Rusiya Müdafiə Nazirliyi Ukraynanı Dnestryanına hücum hazırlığında ittiham edib. Rusiya MN-dən bildirilib ki, Kiyev rejimi Dnestryanını işğalı ilə bağlı təxribat hazırlığını gücləndirib. MN-dən o d bildirilib ki, hazırda Ukrayna-Dnestryanı sərhədi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin və hərbi texnikasının əhəmiyyətli dərəcədə toplanması müşahidə olunur.
“Rusiya Federasiyasının silahlı qüvvələri Ukrayna tərəfinin Dnestryanıda gözlənilən təxribatına adekvat cavab verəcək. Kiyev rejiminin Dnestryanıda planlaşdırdığı təxribatın həyata keçirilməsi Rusiya sülhməramlı kontingenti üçün təhlükə yaradır”, deyə Rusiya MN-nin yaydığı məlumatda qeyd olunub.

TVMusavat-ın saat 11:45-də canlı yayınında “Həftə içi”nin qonağı Qabil Hüseynli ilə Ukraynada işğalçı savaşın ildönümü və Vardanyanın gedişini müzakirə edirik. Müzakirədə tamaşaçılar da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR