İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Kiyevdən görüntülərini paylaşdı: "Buradayam, feyk xəbərlərə inanmayın! Haqlıyıq..." VİDEO

1697 26.02.2022 10:12 Dünya A A

Ukrayna prezidenti Volodimir Zelenski az öncə özünün sosial media hesabında yeni video-müraciət paylaşıb:

Musavat.com xəbər verir ki, prezident Ukrayna xalqını yalan xəbərlərə inanmamağa çağırıb:

"Sabahınız xeyir ukraynalılar. Gecədən xəbərlər yayılır ki, guya mən insanları silahı yerə qoymağa çağırmışam. Bu yalandır. Mən buradayam. Silahı yerə qoymayacağıq. Ordumuza və ölkəmizə inanırıq. Biz onu qoruyacağıq! Slava Ukrainı!.

Xatırladaq ki, ABŞ hökuməti Ukrayna Prezidenti Volodimir Zelenskiyə Kiyevdən təxliyə olunmaqla bağlı yardım təklif edib.

Bu barədə “The Washington Post” Ukrayna və ABŞ-dakı mənbələrə istinadla xəbər yayıb.

Bildirilir ki, bu təklif onun öldürülməsi ehtimalına görə edilib. Lakin dövlət başçısı paytaxtı tərk etməkdən imtina edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR