İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Baydendən Rusiyanı terroru maliyyələşdirən ölkələr siyahısına salmağı xahiş edib

289 16.04.2022 10:40 Dünya A A

Ukrayna prezidenti Vladimir Zelenski Amerika lideri Co Baydendən Rusiyanı terrorizmi dəstəkləyən ölkələrin siyahısına daxil edilməsini istəyib. APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Washington Post“ mənbə məlumat verib.

Bildirilir ki, Zelenski bu barədə həftənin əvvəlində Amerika lideri ilə telefon söhbəti zamanı bildirib.

Qəzetin məlumatına görə, Bayden, Zelenskinin bu müraciətinə müsbət reaksiya verməyib. Lakin Moskvaya təzyiqləri artırmaq üçün bütün işlərin davam etdiyini bildirib.

Terrorçuluğu maliyyələşdirən ölkələrin siyahısını Dövlət Departamenti tərtib edir. Vaşinqtonun fikrincə, bu siyahıya beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləmiş dövlətlər daxil ola bilər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR