İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Abramoviçdən görün nə istəyib - Özü AÇIQLADI

1508 09.06.2026 07:59 Dünya A A

Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Kir Starmer qarşısında rusiyalı iş adamı Roman Abramoviçin "Çelsi" futbol klubunun satışından əldə etdiyi vəsaitlərin istifadəsi məsələsini qaldırıb.

Musavat.com xəbər verir ki, Ukrayna dövlət başçısı bu barədə Böyük Britaniyanın "The Guardian" qəzetinə müsahibəsində bildirib.

Onun fikrincə, sözügedən maliyyə vəsaiti, xüsusilə ölkənin hava hücumundan müdafiə (HHM) sisteminin gücləndirilməsinə yönəldilə bilər. Zelenski hesab edir ki, bu pullar Ukraynanın ABŞ-dan əlavə raket əleyhinə müdafiə sistemləri almasına kömək edə bilər.

"Hava hücumundan müdafiə raketləri çox bahadır və təbii ki, bu pullar bizə kömək edə bilər. Bu, bizim aramızda tamamilə ədalətli bir addımdır. Müharibəni Rusiya başladıb, bəs niyə Rusiyanın pullarından istifadə etməyək?" - deyə o qeyd edib.

Zelenski həmçinin ötən ay Kiyevdə görüşdükləri zaman Abramoviçin bu pulları özü ilə gətirməməsi barədə zarafat da edib: "Mən ona dedim: bizə sənin pulların lazımdır", - deyə Ukrayna prezidenti vurğulayıb.

İqbal RZAYEV,
Musavat.com

Attachment

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR