İnsanlara hürriyət, millətlərə istiqlal!

"ZƏFƏR SEÇKİSİ"ni Məzahir Pənahov keçirməyəcək? "TƏQAÜDƏ ÇIXIR" - İDDİA

6416 12.12.2023 15:50 Siyasət A A

Məlum olduğu kimi, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

İctimaiyyət arasında "Zəfər seçkisi" adlanan və ilk dəfə olaraq Azərbaycanın bütün ərazisini əhatə edəcək bu prezident seçkisi mərhələ xarakterli hadisə kimi qiymətləndirilir. Zəfərin yaratdığı yeni gerçəkliklər və yeni çağırışlara uyğun olaraq, ölkədə, əsasən də hakimiyyət sferasında böyük dəyişikliklərin olacağı gözlənilir.

İddialara görə, bu çağırışlar və yenilənmə tələbi ilk sırada Mərkəzi Seçki Komissiyasının sədri məsələsini də aktuallaşdırıb.

Musavat.com-a daxil olan məlumatlara görə, seçkidən öncə, hətta yaxın günlərdə MSK sədri Məzahir Pənahov təqaüdə göndəriləcək və onun yerinə yeni təyinat olacaq. Məlumatı rəsmi qaynaqlardan dəqiqləşdirmək mümkün olmadı.

72 yaşlı Məzahir Pənahov 2000-ci ildən etibarən bu vəzifəni daşımaqdadır.

O, 1998-2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da MSK üzvü təyin olunub və həmin gün komissiyaya sədr seçilib. 23 ildir MSK-ya sədrlik edən Məzahir Pənahov bu müddət ərzində 3 referendum (2002, 2009, 2016), 4 prezident (2003, 2008, 2013, 2018), 5 parlament (2000, 2005, 2010, 2015, 2020) və 4 bələdiyyə (2004, 2009, 2014, 2019) seçkisi keçirib. M.Pənahovdan öncə MSK-nın sədri Cəfər Vəliyev olub.

Məlumat üçün onu da bildirək ki, 2022-ci ildə Məzahir Pənahov vəzifələrindən birini itirib. O, Bakı Dövlət Universitetinin (BDU) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunub.

Azərbaycan üçün xeyirlisi nədirsə, o olsun.

Qafar Səfərli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR