İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəfər Günündə avtoxuliqanlıq edən şəxslər saxlanıldılar FOTO VİDEO

655 14.11.2022 13:00 Hadisə A A

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, Göygöl rayon sakini Elşən Məmmədov 8 noyabr Zəfər Günündə “Niva” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, eləcə də digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.

Bundan başqa, polis əməkdaşları tərəfindən Gəncə şəhər sakini Elcan Cəfərovun da “VAZ 2107” markalı avtomobil ilə təhlükəli manevrlər etməsi aşkar olunub.

Hər iki şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hər iki şəxs ardıcıl olaraq 25 və 20 sutka inzibati qaydada həbs edilib.

Qanunla qadağan edilməsinə baxmayaraq sayrışan işıqlardan istifadə edən Sənan Qurbanov və dövlət qeydiyyat nişanını gizlədən digər sürücü isə cərimə edilib.

 
 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR