İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova: "Rusiyaya təzyiqləri artırmaq üçün əsassız ittihamlardan istifadə olunur"

600 26.12.2020 12:07 Dünya A A

London Rusiyaya təzyiqləri artırmaq və Britaniya cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsini qorumaq üçün əssasız ittihamlardan istifadəyə davam edir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

XİN rəsmisi bildirib ki, belə addımların yekun nəticəsi NATO-nun, o cümlədən Britaniyanın aqressiv siyasətinə haqq qazandırmaqdır.

Qeyd edək ki, B.Britaniya müdafiə naziri Ben Uolles Rusiyanın ölkə sularında aktivlik göstərdiyini bildirərək, bu addımların narahatlıq doğurduğunu açıqlamışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR