Müğənni Nazənin “5/5” verilişinin qonağı olub.
Musavat.com xəbər verir ki, ifaçıya veriliş zamanı aparıcı Zaur Kamal gözlənilməz sual verib.
Belə ki, Zaurun “Sevdiyiniz şəxsə bir xanım baxsa, həmin xanımın gözünü çıxardarsız” sualına Nazəninin cavabı gecikməyib: “Göz baxmaq üçün yaranıb. O nə deməkdir? Əsas xanımlardır. Xanımlar abır-həyalarını qorusunlar”.
Qeyd edək ki, Zaur Kamal qonaqlarına verdiyi gözlənilməz suallar və onlara qarşı atdığı addımlarla tez-tez gündəmə gəlir. Onun davranışları birmənalı qarşılanmayaraq tənqid edilir.
Könül,
Musavat.com






