İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zaur Kamalla bir-birimizi qara siyahıya salmışıq” – “Aşıq Muşqulat” karantin günlərindən danışdı VİDEO

5048 10.07.2020 19:00 Şou-biznes A A

“Karantin günlərini evdə keçirirəm, maraqlı süjetlər, mahnı sözləri düşünürəm. “Karantin-2020” videomda da dediyim kimi dosta-qohuma yad olmuşuq, görüşə bilmirik. Hamı kimi biz də həyatımızın normala dönməyini gözləyirik”.

Bu sözləri “Aşıq Muşqulat” obrazı ilə tanınan aktyor-parodiyaçı Elnur Mahmudov Musavat.com-a açıqlamasında deyib. O, “Aşıq Muşqulat” obrazının maraqla izləndiyini bildirib:

“Atam gədəbəylidir, anam tovuzlu. Biz tərəf aşığı, sazı sevəndir. İkinci sinifdən saz çalmağı özüm öyrənmişəm. O vaxtdan şeir yazmaq qabiliyyətim də vardı. Sonra “Aşıq Muşqulat” obrazını düşündük, sevildi. İndi çəkdiyimiz videolar da maraqla qarşılanır. Axırıncı “Karantin- 2020” videosunu bölüşdük. Karantin günlərini video çəkərək keçiririk”.



- “Aşıq Muşqulat”a ümumi reaksiyalar necədir?

- Hər yaşda izləyən, sevən var. Bəlkə də, aşıqla, sazla bağlı olduğu üçün yaşlı nəsil də məni, obrazımı sevir. Karantin olduğu üçün insanlar stressdədir, gülməyə, yaxşı enerjiyə ehtiyacları var. Biz də onlara yaxşı əhval bəxş etmək üçün çalışırıq.

- “5\5” verilişində canlandırdığınız “Aşıq Muşqulat” obrazı və parodiyalar maraqla qarşılandı. Verilişindən ayrıldıqdan sonra başqa layihələrə dəvət aldınızmı?

- Bir çox layihəyə dəvət aldım. Karantin olduğu üçün yarımçıq qaldı. ATV-də “Duz komediya” verilişindəyəm, yay mövsümü ilə bağlı çəkilişlər dayanıb. Orada adım “Muştuluq”dur. Geyim, danışıq tərzi fərqlidir. Başqa televiziyalardan da təklif gəlir. Hələ ki, bu barədə düşünürəm.

- “5\5” verilişindən qalmaqallı şəkildə ayrıldınız, Zaur Kamalla bir-birinizə qarşı ittihamlar səsləndirdiniz. Hazırda  münasibətiniz necədir?

- Zaur Kamalla münasibətimiz yoxdur, bir-birimizin zəng blokundayıq, qara siyahısındayıq.

- Sözügedən verilişdə müğənniləri bəzən parodiya edirdiniz. Heç sərt reaksiya ilə qarşılaşmısınız?

- Müğənnilərin parodiyaları maraqla izlənilirdi. Əksər müğənnilər onları parodiya etmələrimi bəyənirdi. Amma 1-2 müğənni vardı ki, əsəbləşmişdi. Onlar  sərt reaksiya göstərdilər. Sonra bu məsələni danışaraq həll etdik.

 


- Parodiyaların davamı olacaq?

- Əlbəttə olacaq. Hazırda karantindir deyə işlərimiz dayanıb.  “Youtube”da kanalımı yeni açmışam. İzləyicilərim artdıqdan sonra parodiyalara başlayacağam.

Könül İbrahim,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR