İnsanlara hürriyət, millətlərə istiqlal!

Zarafat üstündə düşən və bir adamın qətlə yetirilməsi ilə bitən kütləvi davanın- ANBAAN VİDEOsu

1714 26.10.2022 18:23 Hadisə A A

Bir  neçə ay öncə Sumqayıtda zarafata görə başlayıb qətllə bitən kütləvi davanın görüntüləri yayılıb. 

Musavat.com xəbər verir ki, bu barədə görüntüləri kriminalist jurnalist Ceyhun Həmidov paylaşıb. 

Xatırladaq ki, hadisə zamanı 2003-cü il təvəllüdlü Fərid Əzizli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü Ramid Sevindikzadəyə bıçaq zərbələri vurub.

Fərid Əzizli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfidən Fərid Əzizlinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Dava anının görüntülərini təqdim edirik:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR