İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada polislər yeni tədris ili ilə əlaqədar məktəbli şəhid övladlarını ziyarət ediblər

232 21.09.2021 17:55 Ölkə A A

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrini ziyarət ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, görüş zamanı polislər onların qayğıları ilə maraqlanıb,qəhrəmanlarımızın igidlik salnamələrindən söz açıblar. Vətən oğullarının hünərinin qəlbimizdə əbədi yaşayacağını bildiriblər.

Həmçinin, asayiş keşikçiləri yeni tədris ilinin başlanması ilə əlaqədar məktəbli şəhid övladlarını təbrik edərək onlara uğurlar arzulayıb, gətirdikləri  geyim, çanta və gündəlik dərs ləvazimatlarını azyaşlılara hədiyyə ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR