İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada mənzildən 73 yaşlı kişinin meyiti tapılıb

452 01.10.2018 23:15 Hadisə A A

Zaqatala rayonunda mənzildən 73 yaşlı kişinin meyiti tapılıb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər saatlarında Zaqatala şəhəri, Vidadi küçəsində yaşayan 1945-ci il təvəllüdlü, Araz İmam oğlu Hacıyevin meyiti yaşadığı evin vanna otağından tapılıb.

Hadisə yerinə rayon Polis şöbəsinin əməkdaşları və təcili yardım briqadası cəlb edilib. İlkin müayinə zamanı evdə tənha yaşayan Araz Hacıyevin bir-neçə gün əvvəl ürək tutmasından öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR