İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada baş verən yol qəzasında 4 nəfər xəsarət alıb, onlardan ikisi azyaşlıdır

546 09.09.2013 16:05 Hadisə A A

 
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında  Zaqatala-Muğanlı yolunun  Aşağı Tala kəndi  ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 1985-ci il təvəllüdlü  Məmmədov Tural Həmid oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 62 BD 915  dövlət nişan nömrəli  avtomobillə  rayonun Dombabinə kənd sakini, 1985-ci il təvəllüdlü Üzeyirov Seyfi İbrahim oğlu idarə etdiyi “VAZ 2107” markalı 10 NV 718 dövlət nömrə nişanlı avtomobil  qarşı-qarşıya toqquşub. Baş vermiş qəza nəticəsində avtomobillərin sürücüləri xəsarət almasa da,    “VAZ  2107” markalı avtomobildə olan sərnişinlər, sürücü Seyfi Üzeyirovun oğlu, 2010-cu il təvəllüdlü Üzeyirov Fərid, Seyfi Üzeyirovun qardaşının həyat yoldaşı, Rusiyanın Volqoqrad şəhərində yaşayan, 1982-ci il təvəllüdlü Üzeyirova Pərvanə Məmmədəli qızı, onun oğlu, 2004-cü il təvəllüdlü Üzeyirov Fariz Vasif oğlu və rayonun Donbabinə kənd sakini, 1994-cü il təvəllüdlü Əliyeva Gülpəri Nurullah qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Zaqatala MRX-dan verilən məlumata görə, travmatologiya şöbəsinə yerləşdirilən Pərvanə Üzeyirovanın  və Gülpəri Əliyevanın hazırda vəziyyəti orta-ağır hesab edilir. İki azyaşlıya, Fariz Üzeyirova və Fərid Üzeyirova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıblar.
 
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR