İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada 61 yaşlı kişi velosipeddən yıxılaraq ölüb

297 16.01.2022 21:19 Hadisə A A

Zaqatalada velosipeddən yıxılan 61 yaşlı kişi aldığı ağır xəsarətlərdən ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında Yeni Suvagil kənd sakini 1961-ci il təvəllüdlü Mahmud Məmməd oğlu Pirimov bədənin qarın və döş nahiyələrinin küt travması xəsarəti ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı M. Pirimovun bu gün səhər saatlarında velosipedlə işə gedən zaman yıxılaraq ağır xəsarət aldığı məlum olub. Təcili olaraq üzərində cərrahiyyə əməliyyat aparılan M. Pirimov həkimlərin səyinə baxmayaraq əməliyyat zamanı keçinib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR